Qırğızıstanın baş naziri xəstəxanaya yerləşdirilib

img

28-04-2022 [16:33]


Qırğızıstan hökumətinin başçısı Akılbek Japarov ürəyindəki problemlə əlaqədar xəstəxanaya yerləşdirilib.

Bu barədə “İnterfaks”a Qırğızıstan hökumətindən məlumat verilib.

Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, A.Japarov ürək ağrısı və aşağı təzyiq şikayətləri ilə Milli Kardiologiya və Terapiya Mərkəzinə qəbul edilib, elektrokardioqrafiya və koronaroqrafiya prosedurları miokard infarktı olmadığını göstərib, ürək damarlarının spazmı aşkarlanmayıb.

“Hazırda baş nazirin səhhəti sabit, qənaətbəxşdir. Həkimlər onun xəstəxanada müalicə alacağı barədə qərar qəbul edib”, - mətbuat xidmətindən bildirilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA