BMT rəhbəri: “Ukraynada müharibə Rusiya istəyəndə bitəcək”

img

28-04-2022 [12:15]


“Ukraynada müharibə Rusiya istəyəndə bitəcək”.

UNIAN xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş CNN telekanalına müsahibəsində deyib.

O etiraf edib ki, görüşlər müharibəni bitirməyəcək: “Savaş Rusiya bu barədə qərara gələndə və atəşkəsdən sonra ciddi siyasi razılaşma əldə olunanda bitəcək. İstədiyiniz qədər görüş ola bilər, amma bu, müharibəni bitirməyəcək”/Report.

Qeyd edək ki, BMT Baş katibi Moskvada səfərdə olub. O, Rusiya Prezidenti Vladimir Putinlə, daha sonra isə Kiyevdə Zelenski ilə müzakirələr aparıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA