İsmayıllının Tircan kəndi niyə susuz qalıb? - Camaat dərdini demək üçün "Su savaşları”nın türk aparıcılarını axtarır
28-04-2022 [09:07]
İsmayıllı rayonunun Tircan kəndi qədim tarixə malik kəndlərdən biridir.
Bu barədə Mia.az-a xəbər veröən kənd sakinlərinin sözlərinə görə, Tircan kəndinin XVII əsrdə salınması rəsmən bildirilsə də kəndin tarixi e.ə. I əsrə gedib çıxır.
Gözəl təbiəti olan Tircan kəndində müalicəvi əhəmiyyəti olan sular var. İsmayıllı rayonun mərkəzindən 23 km cənub- şərqdə Şamaxı-İsmayıllı avtomobil yolu kənarında, dağ ətəyində(mərkəzin hündürlüyü 893 m) hündürlükdə yerləşən bu qədim və füsunkar kənd turistlər üçün də cəlbedici zonadır.
Amma bütün bunlara baxmayaraq bu kənddə su çatışmazlığı onilliklərdir mövcuddur. Daha doğrusu əsrlərlə. Bunu İsmayıllının, bütün icra başçıları da bilib. Elə rayonun indiki icra başçısı da bunu çox gözəl bilir və kəndə gələrgən təsdiq də edib. Amma nə fayda….
Su həyatdır ,amma su problemi tircanlıların bu həyatanı uzun illərdir müşkilə salıb və salmaqda davam edir.
Bu kəndin ən aktual sosial problemlərindən biri sudur.
Əslində ,kəndin qədim tarixini nəzərə alsaq su problemi burada əsrlərdir var. Sovet dövrü Tircan qadınları suyu səhəng ilə kəndin bulaqlarından daşıyırdılar.
Amma indi o bulaqlar ya quruyub,ya da işə yaramır və artan yerli əhali (kənddə 1000-dən çox ev var hal-hazırda) su tələbatını daha da çətinliklə ödəyir.Yəni, su problem ildən-ildən ağırlaşır.
Əvvəllər əhali suyu kəndin yuxarıbaşında bulaqdan daşıyırdısa, 8 il əvvəl guya paylayıcı boru şəbəkəsi təşkil olunub və bulaqdan evlərə guya su xətləri çəkilib. Amma relalıqda bu belə deyil, suyun yalnız adı var Çünki hamı eyni zamanda bu sudan istifadə etdikdə su hamıya gəlmir,şatmır, ya da təzyiq az olduğundan həddən artıq zəif gəlir ki, bu da suyun olmaması kimi bir şeydir. Buna görə kənd sakinləri məcburdurlar ki, bu mənbədən bir-birlərindən xahiş edib növbə ilə istifadə etsinlər.
Sakinlər məcbur olub hətta öz vəsaitləri hesabına dağın döşündən plastic borularla su çəksə də, bu da məsələni həll etmir,çünki bu cür də su az qala damcı-damcı gəlir.
Bu səbəblərdən əhalisi 3 000-dən çox olan kəndin sakinləri məcburiyyət qarşısında qalıb çox vaxt içməli suyu marketlərdən və kəndə gələn su maşınlarından ödəniş etməklə alırlar.
İndi içməli suyu pulla aldıqlarını deyən şikayətçi sakinlər bildirir ki, bu maddi baxımdan onlara baha başa gəlir. Tircanlıların problemlə bağlı yerli icra nümayəndəsinə, bələdiyyəyə,icra hakimiyyətinə illərdir etdikləri çoxsaylı müraciətləri isə nəticəsiz qalır. Daha doğrusu illərlə sakinlərlə su əvəzinə söz verilib.
Əgər nəzərə alsaq ki, kənd əhalisi əsasən təsərrüfatla və heyvandarlıqla məşğuldur, suyun onlar üçün nə qədər vacib olması daha aydın olar.
Yayda suya təlabat artdığından kəndə su problemi lap dözülməz olur.
Yaşayış yerlərində əhalinin su tələbatının vəziyyəti ilə tanış olmaq üçün rayonun məsul şəxsləri əvvəlcə Tircan kəndinə olublar. Yerli icra hakimiyyəti, suvarma sistemləri idarəsi və bələdiyyənin nümayəndələri, həmçinin mövzu üzrə mütəxəssislər su təchizat sisteminin vəziyyəti ilə tanışdırlar. Bu video internetdə də var.
İsmayıllı icra hakimiyyətinin rəsmi saytında bildirilir ki, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında İsmayıllı rayonunda içməli su təchizatı, torpaqların su təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi nəzərdə tutulur. Bu məqsədlə bir neçə kəndi ilə birlikdə Tircan kəndində subartezian quyularının qazılması sənəddə yer alır.
İcra Hakimiyyəti subartezian quyusunun qazılması üçün kəndin coğrafi relyefinin əlverişli olmamasını bəhanə edərək digər mənbələrin araşdırılmasının zəruriliyi qeyd edib.
Rəsmi məlumatda kəndin “Soltanlıq” adlı yüksəkliyində mövcud olan və Tircan əhalisinə yetişməyən bulaən sakinlərin ehtiyacını ödəyə biləcək qədər bol suya malik olduğu deyiilr.
Suyun bir hissəsinin kəndin anbarına yönləndirilməsi təklif olunub, bu məqsədlə mühəndis araşdırmalarının aparılacağı bildirilib.
Amma bütün bunlar söz olaraq qalıb. Prezidentin su təminatı ilə bağlı qərarı icra olunmayaraq qalıb.
Bəs bu qərarlar nə vaxt yerinə yetiriləcək, layihələr, icra başçısının dediyi mühəndis araşdırmaları, geoloji tədiqatlar nə vaxt aparlacaq? Ümumiyyətlə heç aparılıbmı və nəticəsi nədir?
Baxmayaraq ki, İsmayıllıya su problemini həll etmək üçün icra hakimiyyətinə milyonlarla pul ayrılıb və necə icra başçısı dəyişib, problem dəyişməz olaraq qalıb. İsmayıllının yeni icra başçısı Nahid Bağırov da Tircanın su problemini həll etməyib.
İcra başçısının kəndə səfərindən və problemlə şəxsən şəxsən tanışlığından, tədbirlər görüləcəyi haqda danışmasından 2 il keçsə də, su problemi hələ də olunmayıb.
Qədim kəndin problemi qədim olaraq qalıb. Halbuki qonşu Kürdmaşı və digər kəndlərdə subartezian quyusu qazılıb, içməli su təminatı qismən həll olunub. Amma Tircanda hələ də yox…
Görəsən, tircanlılar daha neçə əsr gözləməlidirlər ki, onların da su problemi həll olunsun?!
Hər halda cəhd edib subartezian quyusu qazmaq olar.Məlumata görə Meliorasiya və Su Təsərrüfatı ASC regiondan asılı olmayaraq bir quyunu 70 min manata qazır. "Azərsu” isə 31 min 500 manata. Şəxsi şirkətlər daha ucuz,10-15 minə qaza bilər.Əgər bizim mütəxəssislər kəndi su ilə təmin edəcək münasib su mənbəyi tapmaqda çətinlik çəkirlərsə,onda qardaş Türkiyədən mütəxəssis dəvət etmək olar.
Rayonu su ilə təmin etmək üçün dövlət büdcəsindən ayrılan, xərclənən milyonların cüzi hissəsİni ayırıb, bəlkə də Türkiyənin TRT kanalında yayımlanan məşhur “Su Savaşları” adlı proqramın "Su savaşları” sənədli filmində dünyanın müxtəlif yerlərində su problemi yaşayan insanlara su tapmaqda yardımçı olur) aparıcıları Çağlar Dəmirkapı ilə Hakan Girgini Tircana dəvət etsəydilər, onlar çoxdan araşdırıb bu kənd üçün rahat su mənbəyi tapardılar.
Mia.az
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...