"Gürcüstan Rusiyaya qarşı yeni cəbhə açmayacaq" - Baş nazirdən Saakaşvili ilə bağlı sensasiyalı iddialar

img

27-04-2022 [20:32]


"Saakaşvili Ukraynada müharibə başlanacağı təqdirdə Rusiyaya qarşı “ikinci cəbhəni” açmaq üçün Gürcüstana dönüb.

Mia.az xəbər verir ki, bu sözləri jurnalistlərə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.

O bildirib ki, bu barədə onlarda dəqiq məlumat olub: "Bizdə dəqiq məlumat var idi ki, Ukrayna ilə müharibə ötən ilin noyabr ya da dekabr ayında başlamalı idi. Məhz buna görə, Saakaşvili ikinci cəbhə açılması üçün hazırlıqlar üçün gəlmişdi. Təəssüf ki, bunu bizim ukraynalı dostlarımız da təsdiq etdilər. Ancaq hamı bilməlidir ki, Gürcüstan buna getməyəcək, heç kim bizi buna məcbur edə bilməz".


Digər xəbərlər
SON XƏBƏRLƏR