Ermənistanda bir qrup yüksək rütbəli hərbçi həbs olunub

img

26-04-2022 [16:55]


Ermənistanda bir qrup yüksək rütbəli hərbçi həbs olunub.

“Sputnik Armenia” xəbər verir ki, onlar ordu üçün çadırların alınması zamanı fırıldaqçılıq və yeyintiyə yol verməkdə təqsirləndirilirlər.

İstintaq materiallarına əsasən, onlar tender elan etmədən eyni şəxsdən dəyəri şişirdilməklə 26,5 min dollarlıq çadırlar alıb.

Toplanan materiallar əsasında 2021-ci ilin dekabrında Ermənistan Ordusunun Baş Qərargahının maddi-texniki təminat idarəsinin rəisi A.T., hərbi hissələrdən birinin komandir müavini polkovnik A.K. vəzifələrindən azad olunmaqla həbs ediliblər.

Eyni zamanda, həmin hərbi hissəsinin maddi-texniki təminat xidmətinin rəisi və daha 2 şəxs də saxlanılıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR