"Cavab görüşündə "Real"a beş qol vura bilərik" - Klopp

img

03-04-2014 [09:57]



ÇL-ın 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Real"la qarşılaşan Dortmund "Borussiya"sının baş məşqçisi Yurgen Klopp 0:3 hesabı ilə uduzduqları qarşılaşma haqda fikirlərini bildirib:

"Biz kompakt müdafiə oluna bilmədik. Ancaq futbolçularım oyuna nəzarət edə bilirdilər. İkinci və üçüncü qollar öz səhvimizdən oldu. "Real" öz meydanında bizi məğlub etdi. Artıq heç nəyin fərqi yoxdur. Cavab oyununda "Real"a beş qol da vura bilərik. Sona qədər vuruşub, hər şeyimizi ortaya qoyacağıq".

Qeyd edək ki, komandalar arasında cavab görüşü aprelin 8-də keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA