"Real"dan darmadağın, "Çelsi"dən ağır məğlubiyyət - Çempionlar Liqası

img

03-04-2014 [09:55]



Bu gün Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarına yekun vurulub.

Fransanın PSJ klubu öz meydanında "Çelsi"ni sınağa çəkib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər oyunda isə Dortmund "Borussiya"sı səfərdə Madrid "Real"ının qonağı olub. Bu qarşılaşmada da meydan sahibləri inamlı qələbə qazanıb - 3:0.

Xatırladaq ki, ötən mövsüm ÇL-ın yarımfinalında "Real"ı məhz "Borussiya" (Dortmund) mübarizədən kənarlaşdırmışdı.

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab görüşləri aprelin 8-i və 9-da keçiriləcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA