Baydenin Ukraynaya göndərdiyi yeni səfir kimdir?

img

25-04-2022 [16:03]


ABŞ Prezidenti Cozef Bayden Ukrayna səfiri vəzifəsinə namizəd irəli sürüb.

Mia.az xəbər verir ki, bunu Ağ evin mətbuat katibi Ned Prays bildirib.

Məlumata görə, bu vəzifəyə namizəd Bricit Brink hazırda ABŞ-ın Slovakiya Respublikasında səfirdir.

O, əvvəllər ABŞ-ın Özbəkistan və Gürcüstandakı diplomatik missiyasında səfirin müavini vəzifəsində işləyib.

Xatırladaq ki, 2019-cu ildən ABŞ-ın Ukraynada səfir yoxdur. Hazırda ABŞ-ın bu ölkədəki səfirliyinə müvəqqəti işlər vəkili Kristina Kvin başçılıq edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA