Kuleba: "Biz ukraynalılar yalnız özümüz üçün savaşmırıq, biz həm də..."

img

19-04-2022 [13:30]


"Bu gün Ukraynada baş verənlər həm də regionun gələcəyi üçün vacibdir".

Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bolqarıstanlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Biz ukraynalılar yalnız özümüz üçün savaşmırıq, biz həm də Rusiyanın gələcəkdə sizin ölkələrinizə qarşı hücumlar etmək, sizin ölkələrinizdə faciələr törətmək cəhdlərinə qarşı savaşırıq", - Ukrayna XİN başçısı vurğulayıb.

"Mən Rusiyanın Bolqarıstan tarixindəki rolunu bilirəm, siz Rusiyanın bizim tariximizdəki rolunu bilirsiniz. Rusiya hələ də tarixdə etdiklərinin insanların düşüncələrindəki sentimentinə inanır. Lakin bu gün bizim üzləşdiyimiz Rusiya tamamilə fərqlidir. Bu Rusiya dağıdır, öldürür, işgəncə verir və təcavüz edir. Bu Rusiya rəğbət və anlayış haqq etmir. Mən istəyirəm ki, hər kəs bunu başa düşsün", - xarici işlər naziri Kuleba deyib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR