Türkmənistanın sabiq prezidenti Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasına üzv olub

img

15-04-2022 [12:24]


Türkmənistanın sabiq prezidenti və Milli Şuranın sədri Qurbanqulu Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasına üzv olub.

“TRT Avaz” xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Katibliyindən bildirilib.

“Katiblik Qurbanqulu Berdiməhəmmədovun üzvlüyündən şərəf duyur, alicənab müdrikliyi, təcrübəsi və biliyi ilə Ağsaqqallar Şurasının potensialını daha da zənginləşdirəcək”, - məlumatda vurğulanıb/Report.

Xatırladaq ki, Türkmənistan Türk Dövlətləri Təşkilatına yalnız ötən il müşahidəçi üzv olaraq qatılıb.

Onu da qeyd edək ki, qurumun Ağsaqqallar şurasının sədri Binəli Yıldırımdır.

Mia.Az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA