İmra Xanın partiyası parlamenti boykot edib

img

11-04-2022 [17:45]


Pakistanın keçmiş Baş naziri İmran Xanın başçılıq etdiyi Təhrik-i İnsaf Partiyası yeni Baş nazir seçikisindən əvvəl parlamentin tərkibindən çıxıb.

Məlumatı “RİA Novosti” yayıb.

“Biz istefa verdiymizi elan edir, bütövlüklə parlamentdən gedirik”, - Baş nazir postuna Təhrik-i İnsaf Partiyasının namizədi, keçmiş xarici işlər naziri Şah Mahmud Qureyşi bildirib.

Məlumata görə, bununla belə Şah Mahmud Qureyşinin adı seçki bülletenində qalıb.

Qeyd edək ki, Pakistan Milli Assambleyası (parlamentin aşağı palatası) aprelin 10-da Baş nazir İmran Xana etimadsızlıq göstərib.

Bu gün isə Şahbaz Şərif ölkənin yeni baş naziri seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA