Kuleba: "İran Rusiyaya silah göndərilməsini təkzib edir"

img

13-04-2022 [16:56]


Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və İranın xarici siyasət idarəsinin rəhbəri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

Mia.az xəbər verir ki, bunu ukraynalı nazir tviterdə yazıb.

Kuleba bildirib ki, İran Rusiyanın Ukraynaya qarşı müharibəsinə qarşıdır, diplomatik həll yolunu dəstəkləyir: "İran şirkətlərinin köməyi ilə Rusiyaya silah ötürülməsi ilə bağlı iddiaları təkzib etdiyinə və Ukraynaya göndərilən tibbi heyətə görə xarici işlər naziri Abdullahiana minnətdarıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR