Səidə Sultan: “Evli kişilər mənə saxlamaq təklif ediblər”

img

31-03-2014 [15:19]


Müğənni Səidə Sultan evli kişilərlə oturub-duran qızlardan danışıb. Müğənni belə şeylərə pis baxmasa da, bunu özünə rəva görmür: "Bəzi qızlar var ki, deyirlər evli kişi ilə oturum-durum. Mən həmişə elə şeylərdən qaçmışam. Belələlərinə pis də baxmıram, amma özüm xoşlamıram. Kiminsə yuvasını dağıtsam, özümü günahkar sayaram. Valideynlər tanıyıram ki, istəyirlər 17-18 yaşlı qızlarını evli, pullu kişilər saxlasınlar. Əvəzində qızlarının pulu, maşını, evi olsun. 30 yaşıma qədər bunu etməmişəmsə, indən belə də etmərəm. Vaxtında olub ki, milyonları ayaqlarımın altına səpmək istəyən evli kişilər mənə saxlamaq təklif ediblər, amma buna razılıq verməmişəm”. (publika.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA