Türkiyədə Zeynəb Xanlarovanı necə "öldürüblər"? - 52 il əvvəlin yalan xəbəri və nadir fotoları
09-03-2022 [09:55]
SSRİ dövründə Türkiyədə konsert verən azərbaycanlı sənətçilər arasında Rəşid Behbudov və Zeynəb Xanlarova geniş rezonans yaradıblar.
Türkiyədə yaşayan azərbaycanlı mühacirlərin, eləcə də İğdır, Qars bölgəsindən olan vətəndaşların bu sevgi seli hər iki müğənni haqqında mətbuatda yazıların yer almasına səbəb olub.
Bu dövrdə Zeynəb xanımla bağlı qəribə bir hadisə də yaşanıb. Belə ki 1970-ci ildə Türkiyə konsertindən sonra SSRİ xüsusi xidmət orqanlarının Zeynəb Xanlarovanı öldürməsi xəbəri yayılıb.
Mia.az teleqraf.com-a istinadən xəbər verir ki, 1970-ci ildə Z.Xanlarova Türkiyənin İstanbul, Ankara, İzmir şəhərlərində konsert verib. "Azərbaycan" jurnalındakı xəbərə görə, mühacir azərbaycanlılar konsertlərdə geniş şəkildə iştirak ediblər. Məhz bu izdihamlı konsertlərdən sonra onun aradan götürülməsi şayiəsi Türkiyədə yayılıb, "Azərbaycan" jurnalında (271-ci say, 1970) "Səs sənətkarı Zeynəb Xanlarovanı kommunist ruslar öldürdümü?" başlıqlı xəbər dərc edilib.
Xəbərdə Zeynəb Xanlarovanın öldürülməsinin Türkiyə mətbuatında ajiotaj yaratdığı, İstanbul, Ankara, İzmir, Manisa, Adana, Amasya, Sivas, Ərzurum və Qars şəhərlərində böyük etirazlara səbəb olduğu, bu siyasi cinayəti SSRİ-nin hələ də yalanlamadığı bildirilib. Müğənninin sentyabr ayında baş tutacağı elan edilən konsertinin ləğv edilməsi xəbəri də sənətçinin öldürülməsi ehtimalını gücləndirib.
Buna görə də Türk Ocaqları Kültür Heyəti də bir bəyannamə dərc edərək hadisəni sərt şəkildə qınayıb: "Zeynəb Xanlarova türk sənət və ənənəsini Azərbaycanda təmsil edən, milli duyğu və şüuru dünyaya tanıdan böyük bir sənətkardır. Türkdür və türkçü idi. Bu inancı mahnıları və valları ilə nəsillərə ötürürdü. Sözləri, davranışları və mimikaları ilə türklük sevgisini dilə gətirir, bülbül səsi ilə ruhlara dolur və havada sallanan dəsmallar buğlanan göz yaşlarını silirdi. Sənətin təsiredici gücü açıq şəkildə görünürdü. Heç bir əsər və konfrans bu gücü göstərə bilməzdi. Şeyx Şamilə və minlərlə vətənsevər millətçiyə atılan güllələr ona da tuş gəldi. Moskva quldurları, qırmızı cəlladlar onu da qətl etdilər. Ömrünün bahar çağında idi, günahı türk olmaq, öz varlığına bağlı qalmaqdı... Heç bir zaman unutmamalıyıq ki, bu məlun mərmilərin hədəfi bütövlükdə türk dünyasıdır".
Böyük qalmaqal yarandığı üçün Qars senatoru Mehmed Hazer 9 iyul 1970-ci ildə Türkiyə Xarici İşlər naziri İhsan Səbri Çağlayan ilə bu sorğunu göndərib: "Bundan bir müddət əvvəl yurdumuza gələn, qatarla dönüşündə Qarsda simpatiya ilə qarşılanıb yola salınan, Ankara və İstanbulda türkcə konsertlər verən, dinləyicilərindən maraq və simpatiya topladığı öyrənilən Sovet vətəndaşı, türk əsilli Azərbaycan xalq musiqisi səs sənətkarlarından Zeynəb Xanlarovanın Rusiyaya qayıtdıqdan sonra öldürüldüyü haqqında xalq arasında həyəcan və üzüntü yaradan xəbərlər dolaşmaqdadır.
Bu xəbərlər son günlərdə Türkiyə mətbuatında da yer almışdır. Türkiyə ilə Rusiya arasında davam edən yaxşı qonşuluq və mədəni əlaqələr baxımından da tükürpədici belə bir halın olacağına ehtimal vermirik. Fəqət mətbuatda da yer almasına rəğmən bu mövzuda bu günə qədər hər hansı bir təkzib və ya açıqlama edilməmişdir. Bu da şayiələri qüvvətləndirməkdə və şübhələri artırmaqdadır. Türkiyə-Rusiya münasibətlərinin təməlinə təsir edəcəyi təbii olan bu vəziyyət qarşısında nə düşünüldüyünün Xarici İşlər naziri tərəfindən yazılı olaraq cavablandırılmasını rica edirəm".
Xarici İşlər Nazirliyi bu sorğuya bu şəkildə cavab göndərib: "Bir müddət öncə məmləkətimizdə uğurlu konsert turuna çıxan Azərbaycan xalq musiqisi sənətçisi Zeynəb Xanlarovanın öldürülməsi haqqında mətbuatda çıxan və məmləkətimiz ilə Sovet İttifaqı arasındakı mədəni əlaqələr üzərində xoş olmayan bir hava yarada biləcək dərəcədə xəbərlə bağlı olaraq nazirliyimiz tərəfindən Sovet İttifaqının Ankara səfirliyindən məlumat istənilmişdir. Sovet İttifaqı səfirliyinin səlahiyyətliləri bəhs edilən xəbərin tamamən yalan olduğunu bildirdikdən sonra sənətçi Zeynəb Xanlarovanın sağ olduğunu və məslək həyatına uğurla davam etdiyini nazirliyimizə rəsmi şəkildə bidirmişdirlər".
Türk Xəbər Agentliyi 30 sentyabrda yaydığı bülletenində də Z.Xanlarovanın öldürülməsi xəbərinin doğru olmadığını yazıb.
Qeyd edək ki, Zeynəb Xanlarova Qarsda olarkən oradakı azərbaycanlılar onu coşqu ilə qarşılayıb, müxtəlif fotoşəkillər çəkdiriblər. Həmin nadir şəkilləri təqdim edirik.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq