“Muğam” televiziya müsabiqəsinə start verilib

img

28-02-2022 [16:05]


Azərbaycan Televiziyası “Muğam” televiziya müsabiqəsinə start verib.

Mia.az AzTV-yə istinadla xəbər verir ki, Azərbaycan Mədəniyyət Fondunun layihəsi olan müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin köməkliyi ilə həyata keçirilir.

Müsabiqəyə yaşı 8-dən 30-a qədər olan yeniyetmə və gənclər dəvət olunurlar.

Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini aşağıdakı bölgə və şəhərlərin sözügedən təşkilatlarına təqdim etməlidirlər:

  • Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı, Biləsuvardan Lənkəran Regional Mədəniyyət İdarəsinə;
  • Bərdə, Yevlax, Xocalı, Xocavənd, Tərtər, Ağdam, Ağcabədi, Cəbrayıl, Füzulidən Bərdə Regional Mədəniyyət İdarəsinə;
  • Şamaxı, Zərdab, Ağsu, Ucar, Ağdaş, Göyçay, Kürdəmir, Qobustan, İsmayıllıdan İsmayıllı Regional Mədəniyyət İdarəsinə;
  • Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən bölgələrindən Xaçmaz Regional Mədəniyyət İdarəsinə;
  • Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən bölgələrindən, Şəki və Mingəçevir şəhərlərindən Şəki Regional Mədəniyyət İdarəsinə;
  • Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala, İmişli, Beyləqan bölgələrindən və Şirvan şəhərindən Sabirabad Regional Mədəniyyət İdarəsinə;
  • Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Tovuz, Qazax, Ağstafa, Şəmkir bölgələrindən, Gəncə və Naftalan şəhərlərindən Gəncə Regional Mədəniyyət İdarəsinə;
  • Naxçıvan Muxtar Respublikası ərazisində yaşayanlar MR Mədəniyyət Nazirliyinə;
  • Zəngilan, Qubadlı, Şuşa, Abşeron, Xızı bölgələrindən, Sumqayıt və Bakı şəhərlərindən AzTV-nin Musiqi və əyləncəli proqramlar redaksiyasına müraciət edə bilərlər.

Sənədlər fevralın 28-dən martın 28-nə kimi qəbul olunur. Yaşı 13-dən 16-ya qədər oğlanlar müsabiqəyə buraxılmırlar.

Yeniyetmələr 2 ədəd fotoşəkil və doğum haqqında şəhadətnamənin surətini, gənclər isə 2 ədəd fotoşəkil və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlidirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq