Murat Boz bu gecə Bakıya gəldi

img

17-03-2014 [09:48]


Türkiyəli müğənni Murat Boz bugün gecə saatlarında Bakıya gəlib. ANS PRESS-in xəbərinə görə, onu qarşılayanlar sırasında ANS-in əməkdaşı da olub. Gecə saat 01:20-də Heydər Əliyev hava limanına çatan müğənni saat 04:20-də aeroportu tərk edib.

Murat Boz bu gün və sabah saat 19:00-da Bakıda Heydər Əliyev sarayında konsert proqramı ilə çıxış edəcək. Müğənni qonşu ölkənin ən sevilən və tələbatlı ulduzlarından biridirir. 1980-ci ildə anadan olan Murad Türkiyənin ən məşhur simaları, Hande yener, Nilufər və Tarkan ilə birlikdə vokalist olaraq işləyib. 6 il ardıcıl meqastar Tarkanın vakalisti olan Muratı hətta Tarkanın davamçısı belə adlandırırlar.

2007-ci ildə Maksimum adlı ilk albomunu təqdim edən müğənni 2007, 2009,2010, 2012 illərdə bir sıra mükafatlara layiq görülməklə Türkiyənin ən yaxşı kişi ifaçısı mükafatına da layiq görülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR