Qurban Qurbanovdan "Marsel"lə bağı açıqlama: "Matça çox ciddi hazırlaşmışıq"

img

15-02-2022 [15:07]


"Matça rahat yox, amma çox ciddi hazırlaşmışıq və yaxşı rəqibə qarşı oynayacağıq".

Mia.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsinin Fransa "Marsel"i ilə səfər oyunu öncəsi Heydər Əliyev aeroportunda deyib,

50 yaşlı mütəxəssis bildirib ki, futbolçuların bu günlərdə inamlı olması üçün çalışıblar: "Biz böyümək istəyiriksə, daha inamlı olmalıyıq. Daim bunu oyunçulara demişik. Əminəm ki, bunun nəticəsini görəcəyik. "Marsel"ə qarşı layiqli oyun göstərmək və uğurlu nəticə əldə etmək istəyirik".


Digər xəbərlər
SON XƏBƏRLƏR