Consondan Rusiyaya çağırış: “İndi Ukrayna ətrafında vəziyyət çox təhlükəli və mürəkkəbdir"

img

14-02-2022 [17:13]


Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyanı Ukraynada hərbi əməliyyatların qarşısını almaq üçün diplomatiya və danışıqlar yolunu seçməyə çağırıb.

TASS xəbər verir ki, o, bu barədə ölkəsinin aparıcı televiziya kanallarına müsahibəsində bildirib.

“İndi Ukrayna ətrafında vəziyyət çox təhlükəli və mürəkkəbdir. Biz Rusiyanı dialoqa çağırırıq. Bu, ağır nəticələrin qarşısısnı almaq üçündür”, - hökumət başçısı söyləyib/Report.

Qeyd edək ki, son zamanlar Qərb ölkələri Rusiyanın Ukraynaya hücum edəcəyi ilə bağlı bəyanatlar səsləndirirlər. Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə bu cür məlumatların boş və əsassız olduğunu deyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?