Conson NATO Baş katibi ilə müzakirədə: "Ukrayna böhranı özünün ən təhlükəli məqamındadır"

img

10-02-2022 [15:56]


"Ukrayna böhranı özünün ən təhlükəli məqamındadır. Ukrayna sərhədində Rusiya qoşunlarının hərəkəti ilə bağlı kəşfiyyat məlumatları hələ də xoşagəlməz olaraq qaldığından, yaxın bir neçə gün ərzində düzgün addım atmaq vacibdir".

Bu barədə Britaniyanın Baş naziri Boris Conson NATO Baş katibi Yens Stolotenberqlə keçirdiyi birgə mətbuat konfransında deyib.

"Dürüst olaraq deyim ki, mən hələ Moskva tərəfindən qərar qəbul olunduğunu düşünmürəm. Amma bu, o demək deyil ki, həqiqətən çox tezliklə fəlakətli bir şeyin baş verməsi mümkün deyil. Təssüflə, kəşfiyyat məlumatlarımızın hələ də xoşagəlməz olduğunu deməliyəm.

Bu, yaxın bir neçə gün, Avropanın onilliklər ərzində üzləşdiyi ən böyük təhlükəsizlik böhranının ən təhlükəli anıdır və biz bunu bağlı düzgün anlamalı və hərəkət etməliyik. Düşünürəm ki, sanksiyalar, hərbi qətiyyət və üstəlik, diplomatiyanın birləşməsi tələb olunandır”, Boris Conson deyib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?