"Tərtər işi" ilə bağlı hərbi qulluqçulara işgəncə verən şəxslər həbs edilib - SİYAHI
09-02-2022 [12:35]
"Tərtər işi" ilə bağlı hərbi qulluqçulara işgəncə verən şəxslər həbs edilib.
Mia.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadla bildirir ki, cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşması müəyyən edilən Ələsgərov Vüsal Əziz oğlu, Ələsgərov Rüstəm Çərkəz oğlu, Qarayev Ramil Fariz oğlu Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri, Axundov Fuad Arazi oğlu CM-nin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə, Baş prokuror "Tərtər işi" ilə bağlı ölənlərdən birinin işi üzrə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi barədə qərarı ləğv edib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, Quliyev Elçin Mətləb oğlu barəsində dövlətə xəyanət ittihamı ilə aparılan cinayət təqibinə öldüyünə görə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qəbul edilən 19 dekabr 2017-ci il tarixli qərar qanunsuz və əsassız olduğundan Baş prokuror tərəfindən ləğv edilib: "Onunla əlaqədar bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmaqla yekun qərarın qəbul edilməsi təmin ediləcəkdir".
Baş Prokurorluq "Tərtər işi"ndə isgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan şəxslərə müraciət edib: "2017-ci ilin may-iyun aylarında dövlətə xəyanət faktlarının araşdırılması ilə əlaqədar isgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan, habelə qanunsuz olaraq azadlıqdan məhrum edilən, lakin zərərçəkmiş şəxs qismində tanınmayan şəxslərdən Baş Prokurorluğun “961” Çağrı Mərkəzi, habelə 012-361-16-47 nömrəli telefonla əlaqə saxlanılaraq dindirilmələrindən ötrü istintaqa gəlmələri xahiş olunur".
Yaponiyada sərt hava şəraiti qəzaları artırıb: 27 nəfər ölüb, 300-dək xəsarət alan var
Nipah virusu təhlükəsi böyüyür - Asiya ölkələri ölümcül xəstəliyi həyəcanla izləyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zahid Oruc: "Ruskiy mir və Fars dilinin əhatəsində…" - "Söyüş və təhqir azadlığı demokratiya deyil"
Alena Əliyeva ilk inklüziv iaşə obyektini ziyarət edib - FOTOLAR
ABŞ və İran rəsmiləri İstanbulda görüşəcək
Rəfah Sərhəd Keçid Məntəqəsi açılıb
Həbsxananın keçmiş rəisinin meyiti tapıldı - Xırdalanda
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində: yeni sənədlər imzalandı - FOTOLAR (Yenillənib)
"Velizarofficial" adlı səhifənin idarəçi saxlanldı
Bakıda Xalq artistinin oğlu döyülüb (Yenilənib)
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib - FOTOLAR
"Kim, mən? Heç yerdə dindirilib eləməmişəm" - Sabiq icra başçısından daha bir açıqlama
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
Qaz borusu partlayıb, yaralılar var (YENİLƏNİB)
GENERALLAR YENİ VƏZİFƏLƏRİNDƏ HANSI RÜTBƏ DAŞIYACAQLAR? - Detallar
Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydalar sərtləşdirilir
Rusiya ordusu Xarkovda bazara zərbə endirib, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Deputat: "Fövqəladə hallarla bağlı satınalmalar və xidmətlər sürətli rəsmiləşdirilməlidir"
Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
KİV: İran və ABŞ nüvə sazişi üzrə danışıqları bərpa edir
Ermənistan Hindistanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib
Trampın xüsusi elçisi sabah İsrailə səfər edəcək
İranda iğtişaşlarda iştiraka görə 4 əcnəbi həbs edilib
5 rayonda tədbirə 310 min manat xərclənəcək - Komitə yeni ilin ilk ayından büdcənin "başını açıb"
Niderland vətəndaşı Ermənistanda həbs edilib
"Fənərbağça" gənc oyunçunu icarəyə götürüb
"Barselona" Fermin Lopezin müqaviləsini uzadıb
Portuqaliya "Kristin" fırtınasından sonra bərpa işləri üçün 2,5 milyard avro ayıracaq
"Yuventus" Mauro İkardini radarına alıb - Danışıqlar başlayıb
"Fatih Karagümrük" oyunçusu ilə yollarını ayırdığını açıqlayıb
"Beşiktaş" Aqbadu üçün yenidən danışıqlara başlayıb
Ciro İmmobile "Paris FC" klubuna keçid edib
Sabahın hava proqnozu açıqlanıb
Nigeriya qoşunlarını Benindən çıxarır
Onlar İTV-nin Yayım Şurasının üzvü seçildi - MM təsdiqlədi
"Pensiyalar yaxın günlərdə artacaq" - Deputat
Baş Prokurorluqda yeni təyinat olub