Ukrayna Baş prokurorunun müşaviri Kiyevdə döyülüb

img

07-02-2022 [22:01]


Gürcüstanın keçmiş baş prokuroru və ədliyyə naziri (2004-2012), hazırda Ukrayna Baş prokurorunun müşaviri Zurab Adeişvili Kiyevdə hücuma məruz qalıb.

Bu barədə Ukrayna mətbuatı yazıb.

Bildirilib ki, Z.Adeişviliyə yaxınlaşan naməlum şəxslər onu döyüblər. İnsidentin sabiq nazirin Gürcüstandakı fəaliyyəti ilə bağlı olduğu qeyd edilib.

Müşavir xəstəxanada həkimlərin nəzarəti altındadır, vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir.

Kiyev polisindən bildirilib ki, faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, Z.Adeişvili ötən ilin aprelində Gürcüstan vətəndaşlığından imtina edib. O, vətəndə bir neçə cinayət işi üzrə qiyabi olaraq həbs cəzasına məhkum edilib və axtarışa verilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?