Ərdoğan: “Zelenski dedi ki, dialoqla bağlı siz hara desəniz, mən ora gələcəyəm”

img

04-02-2022 [14:18]


"Səfər zamanı Ukraynanın suverenliyinə, siyasi birliyinə və ərazi bütövlüyünə olan dəstəyimizi bir daha vurğuladıq".

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərindən qayıdarkən jurnalistlərə bildirib.

“Təəssüf ki, Ukrayna ilə Rusiya münasibətlərində gərginlik getdikcə artır. Gərginliyin azaldılması üçün lazımi dəstəyi verməyə hazır olduğumuzu cənab Zelenskiyə xüsusilə bildirdik. O da “Bu vəziyyətdə üzərimə nə düşürsə, bunu etməyə hazıram. Mənə telefon etdiyiniz andan, iki gün sonra, nə desəniz, haraya desəniz oraya gələrəm” dedi. Bu mövzuda liderlər səviyyəsində bir zirvəyə və ya texniki səviyyədə görüşlərə ev sahibliyi etməyə hazır olduğumuzu ifadə etdik”, - Ərdoğan vurğulayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?