Erməni XİN başçısından Türkiyə ilə bağlı açıqlamalar: “Ermənistanın mövqeyində heç bir dəyişiklik baş verməyib"

img

02-02-2022 [13:37]


“Ermənistanın mövqeyində heç bir dəyişiklik baş verməyib. İstər son illərdə, istərsə də 25-30 il əvvəl İrəvan hesab edirdi ki, ilkin şərt olmadan Türkiyə ilə sərhədlər açılmalı və diplomatik əlaqələr qurulmalıdır”.

“News.am" xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberqla birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, indiyədək Türkiyə və Ermənistan nümayəndələrinin bir görüşü olub.

“Bir çox məsələlərə toxuna bilmədik. Amma proseslərin müsbət istiqamətdə gedəcəyi ilə bağlı işarələr var. Lakin bu, bir tərəfin mövqeyindən asılı olmayan məsələdir”, - XİN başçısı vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?