Zurabişvili: "Saakaşvilinin əfvi Gürcüstandakı vəziyyəti yalnız pisləşdirəcək"

img

28-01-2022 [20:59]


"Eks-prezident Mixeil Saakaşvilinin əfvi Gürcüstandakı vəziyyəti yalnız pisləşdirəcək".

Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili jurnalistlərlə görüşdə deyib.

"Əminəm ki, Saakaşvilinin əfv edilməsi Gürcüstanda qütbləşmənin aradan qaldırılmasına deyil, dərinləşməsinə səbəb olacaq", - dövlət başçısı qeyd edib.

S.Zurabişvilinin sözlərinə görə, sabiq prezidentin Gürüstana dönməsi qütbləşməyə aparan addımlardan biri olub: "Mən əlavə qütbləşməyə gətirib çıxaracaq heç nə etməyəcəyəm"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA