Xanəndə İslam Rzayev... - Onun haqqında nələr bilirik?
27-01-2022 [12:22]
Zamanının çox sevilən xanəndəsi, gözəl pedaqoq, Azərbaycan SSR xalq artisti İslam Rzayevin anım günüdür.
Xatırlayaq.
Gözəl, fərqli, ürəyəyatımlı nəğmələri ilə könüllərdə hələ də yeri olan İslam Rzayev geniş diapazonlu, məlahətli və zəngin çalarlı ecazkar səs tembrinə malik sənətkar idi. Onun böyük məharətlə ifa etdiyi muğamlar milli muğam sənətinin qızıl fonduna daxil olub. Müğənninin ifasında səslənən xalq və bəstəkar mahnıları, təsniflər Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur.
Təkrarolunmaz ifa üslubu ilə yadda qalan İslam Rzayev 11 noyabr 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində dünyaya gəlmişdir. Qarabağ xanəndəlik məktəbinin layiqli davamçılarından biri olmuşdur. Onun səsini ilk dəyərləndirən Seyid Şuşinski olmuşdur. Peşəkar musiqi təhsilini Bakıda Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda almış (1951-1956), Seyid Şuşinskinin sinifində muğam dəstgahlarını mükəmməl öyrənmişdir. Həmçinin Zülfü Adıgözəlovdan və Həqiqət Rzayevadan muğam dərsləri almış, sənətini təkmilləşdirmişdir.
Daha sonra 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir.
İfaçılıq sənətinə gənc yaşlarından başlayan müğənni uzun illər ərzində İslam Rzayev 1958-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti kimi fəaliyyətə göstərib. Pedaqoji işlə də məşğul olmuş, yetirdiyi tələbələr xanəndəlik məktəbinin layiqli davamçıları kimi tanınmışlar. İslam Rzayevin təşəbbüsü ilə 1989-cu ildə Bakıda ilk Dövlət Muğam Teatrı yaradılmışdır. Muğam Teatrı”nın yaradıcılarından biri olan İslam Rzayev 1988-ci ildən ömrünün sonunadək burada bədii rəhbər kimi fəaliyyət göstərib.
İncə musiqi duyumu İslam Rzayevin sənətini fərqləndirən mühüm xüsusiyyətlərdən idi. Daim muğam qaynaqlarından bəhrələnən, öz dəst-xətti ilə seçilən müğənninin zəngin repertuarlı konsert proqramları sənətsevərlər tərəfindən olduqca yüksək qiymətləndirilib. Onun uzun bir dövrü əhatə edən yaradıcılığının başlıca qayəsi Azərbaycan mədəniyyətinə xidmət göstərməkdən ibarət olub.
İslam Rzayevin oxuduğu "Çahargah", "Bayatı-Kürd", "Mahur–Hindi", "Rast" muğam dəstgahları AzTV-nin fonduna daxil edilmişdir. O, bir sıra mahnılar da bəstələmiş, onlardan "Gəl inad etmə", "Dağlar başı", "Almadərən" mahnıları geniş yayılmışdır.
Xanəndə öz yaradıcılığında bəstəkar əsərlərinə də müraciət etmiş, Cahangir Cahangirovun "Nəsimi", "Aşıq Alı" və s. kantatalarında solo partiyanı ifa etmişdir.
İslam Rzayev dünyanın 80-nə yaxın ölkəsində qastrol səfərlərində olmuş, Azərbaycan musiqi mədəniyyətini böyük uğurla təmsil edib və respublikamızın hüdudlarından çox-çox uzaqlarda müxtəlif səhnələrdəki çıxışları ilə milli musiqimizə geniş şöhrət qazandırmışdır.
O, Fransa, İngiltərə, İran, İraq, Əlcəzair, Türkiyə, İsrail, Kolumbiya, Peru, Kuba, Yaponiya, Hindistan, Nepal kimi ölkələrdə Azərbaycan mədəniyyətini təmsil etmişdir.
İslam Rzayevin sənətə hədsiz məhəbbəti, zəngin həyat yolu gənc xanəndələr nəsli üçün örnək olmuşdur. Onun muğam ənənələrinin yaşadılması naminə gənc muğam ustalarının yetişdirilməsində özünəməxsus xidmətləri vardır. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olan ustad xanəndənin muğam sənətinin incəliklərini aşıladığı çoxsaylı yetirmələri beynəlxalq festivalların, müsabiqələrin qalibi adını qazanmış və onlar bu gün də sənət yollarında böyük uğurlar əldə edirlər.
İslam Rzayev muğam sənətini Seyid Şuşinski kimi ustad sənətkarların sevdiyi qədər sevir, onların qoruduğu kimi təssübkeşliklə qoruyurdu. Azərbaycan Dövlət Konservatoriyasının (indiki Azərbaycan Milli Konservatoriyası - Z.F.) professoru olan İslam Rzayev gənc tələbələrə muğam sənətinin sirlərini böyük həvəslə öyrədir, Azərbaycan musiqi sənəti üçün ifaçılar yetişdirirdi. Onun tələbələrinin əksəriyyəti bu gün xanəndəlik məktəbinin layiqli davamçılarıdırlar.
Ömrünün son çağları ağrılı keçirdi. İllər ona qürurla andığı, fəxrlə danışdığı xatirələr versə də sağlamlığını alıb getmişdi. Daha ən çox döydüyü xəstəxana qapıları idi. Onun səhhəti ilə bağlı pərəstişkarları tez-tez kədərli xəbərlər eşidirdilər.
Xanəndə 26 yanvar 2008-ci ildə 74 yaşında Bakı şəhərində vəfat etmişdir.
Azərbaycan musiqi sənəti sahəsindəki nailiyyətlərinə görə İslam Rzayev bir sıra mükafatlara layiq görülmüşdür.
İslam Rzayev Azərbaycan SSR Əməkdar artisti (1967), Azərbaycan SSR Xalq artisti (1989), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (11 iyun 2002) adlarına layiq görülmüşdür.
O, müstəqil Azərbaycan Respublikasının ən ali mükafatı - "Şöhrət" ordeni (10 noyabr 2004) ilə təltif olunmuşdur.
Fulmoqrafiyasında "Azərbaycan elləri" (film, 1976), "Bakı bağları", Türkan (film, 2007), "Hacı Mail" nağılı... (film, 2005), "Havalansın Xanın səsi" (film, 2001), "Sevil" (film, 1970), Şur (film, 1967)... filmləri var.
İllər ötəcək, böyük sənətkarın radio və televıziyamızın Qızıl fondunda, lent yazılarının yaddaşında qalan, qorunub saxlanılan bənzərsiz ifaları, könüllərdə iz qoyan həzin, ürəyatımlı səsi unudulmayacaq, xatirələrdə qalacaq, hər zaman yaşayacaqdır.
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq