Rəqsanənin Türkiyədə ilginc fotoları yayıldı - FOTOLAR

img

08-03-2014 [13:34]



Türk mediası daha bir azərbaycanlı müğənni barədə xəbər dərc edib. ANS PRESS-in məlumatına görə, soz zamanlar tez-tez Türkiyəyə üz tutan Rəqsanə İsmaylovanın yenilikləri davam edir. İfaçının sənəti ilə ciddi məşqul olduğunu görən qardaş ölkənin mətbuat nümayəndələri Rəqsanənin fəaliyyətindən yazıb. 

Bu gün satışa buraxılan qəzetlərdə "Biskolata oğlanı ilə hovuza girdi” başlıqlı yazılar yayımlanıb. Məqalədə ifaçının Türkiyədə klip çəkilişlərindən bəhs olunub: 

"Azərbaycanın tanınmış müğənnisi Rəqsanə Türkiyədə ilk klipini çəkib. Sənətçi "Biskolata” reklamı ilə məşhurlaşan ispaniyalı model Karlos Martinlə "Alma məndən gözlərini” adlı mahnısını ekranlaşdırıb. Teoman Topçunun çəkdiyi klipdə Karlos və Rəqsanə 9 ton su olan hovuza girib. Onların yaxınlaşması və sevgisini izah edən görüntülərin yer aldığı ekran işi bir günə lentə alınıb”. 

Qeyd edək ki, Rəqsanə xanım ötən günlərdə türkiyəli müğənni Selami Şahin ilə səhər yeməyinə çıxmışdı. Onların görüş zamanı sənət işlərindən bəhs etdikləri bildirilib.














 

Digər xəbərlər
SON XƏBƏRLƏR