“Gücünüz çatırsa, məmurlardan danışın” - Nura

img

08-03-2014 [13:32]


Müğənni Nura Suri yerli aparıcılardan gileylənib. O, aparıcıları sənətçilərin şəxsi həyatına müdaxilə etməkdə suçlayıb.

Mia.az xanım müğənninin Facebook-da yazdıqlarını təqdim edir: "Anlaya bilmirəm ki, aparıcılar müğənnilərdən nə istəyirlər. Gedin öz həyatınızı araşdırın, gücünüz çatırsa, məmurlardan danışın. Nə istəyirsiniz bizdən? Biz bu ölkənin vətəndaşlarıyıq və bizim hüquqlarımız dövlətimizin qanunları tərəfindən qorunur". Sevilkən ifaçı bununla yanaşı cinayət məcəlləsinndən bir neçə maddəni yazaraq toxunulmazlıq hüququnu bildirib. 


"I. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır.

II. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.

III. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz”.

Digər xəbərlər
SON XƏBƏRLƏR