Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ilk iclası keçirilib
21-01-2022 [11:24]
Bu gün 2022-ci ilin yaz sessiyası çərçivəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ilk iclası keçirilib.
Mia.az xəbər verir ki, Komitə sədri Tahir Mirkişili 2021-ci ilin payız sessiyası ərzində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində görülən işlər barədə hesabatı təqdim edib.
Diqqətə çatdırıb ki, hesabat dövründə komitənin 16 iclası keçirilib, 133 məsələ müzakirə olunub. Onlardan “Turizm haqqında” qanunun qəbul edilməsi, Vergi Məcəlləsində, “Dövlət rüsumu haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Valyuta tənzimi haqqında”, “Kredit ittifaqları haqqında”, “Banklar haqqında”, “Büdcə sistemi haqqında” və “Lotoreyalar haqqında” qanunlarda dəyişiklik edilməsi və digər qanun layihələrini göstərmək olar.
Sessiya ərzində, eyni zamanda, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə ayihələri geniş müzakirə olunub. Komitə iclaslarında hökumət nümayəndələri, QHT və ictimai təşkilatların təmsilçiləri iştirak edib, öz rəy və təkliflərini veriblər.
Bundan başqa, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi hesabat dövründə müxtəlif dövlət qurumları, ictimai təşkilatlar və sahibkarlarla görüşlər keçirib, real sektorun müxtəlif məsələləri müzakirə edilib. Eyni zamanda, komitənin ünvanına daxil olmuş ərizə və müraciətlərə baxılması sahəsində müntəzəm iş aparılıb, vətəndaşlar qəbul olunub, qaldırılan məsələlərlə bağlı müvafiq tədbirlər görülüb.
Payız sessiyası dövründə sahibkarlardan komitəyə bir sıra təkliflər daxil olub, bununla bağlı üç işçi qrupu yaradılıb və onlar öz işini davam etdirəcək.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2022-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planı da müzakirə olunub. İş planına əsasən, qarşıdakı sessiyada “Lombardlar haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və Hesablama Palatasının illik fəaliyyəti barədə hesabat, o cümlədən komitəyə daxil olacaq digər layihələrinin müzakirəsi nəzərdə tutulub.
Komitə aidiyyəti qurumlarla, sahibkarlarla, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri ilə görüşlərin, dinləmələrin keçirilməsini planlaşdırıb. İclasda iştirak edən komitə üzvləri çıxış edərək 2021-ci ilin payız sessiyasında görülən işlər və 2022-ci ilin yaz sessiyasının iş planı ilə bağlı fikirlərini açıqlayıblar, bir sıra təkliflərini səsləndiriblər.
Sonra komitə sədri iclasın gündəliyində olan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik qanun layihəsini də təqdim edib. Qeyd edək ki, qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti bu ilin yanvarın 1-də bitib. Dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2023-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilmir. Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib: "Biz bu gərginliyin aradan qaldırılması üçün..." - FOTOLAR
Regionda indiyə qədər olan pis-yaxşı nizam dağılır - Ərdoğan planını həyata keçirə biləcəkmi? (TƏHLİL)
"Yaşıl enerji məkanı" İşçi qrupunun növbəti iclası keçirilib
Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!
Nizaminin icra başçısına ağır itki üz verib
“Azercell”dən xüsusi “Samsung” kampaniyası!
"Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır və..." - XİN-dən paylaşım
Sumqayıtıda bir nəfər dəm qazından ölüb
DEPUTATLAR TOPLANIR: daha 12 qanun dəyişir - SİYAHI
Ev telefonları ləğv olunacaq? - Açıqlama
Britaniya Nigeriyaya təzminat ödəyəcək - 420 milyon funt sterlinq
Türkiyə gücləndikcə Qərb niyə əsəbləşir? -TƏHLİL
Xəzərdə balıqçılar xilas edilib - FOTO
Kirayəçi dəm qazından boğulub
Azərbaycan nefti cüzi ucuzlaşdı
Leyla Əliyeva BƏƏ-də tarixi məkanlarda - FOTOLAR