AMEA-dan “hörümçək” sözünün lüğətdən çıxarılmasına reaksiya: "Bu, texniki qüsurdur"

img

18-01-2022 [12:33]


"Azərbaycan dilinin orfoqrafiya lüğətində (yenidən işlənmiş) “hörümçək” sözünün verilməməsi etirazla qarşılanıb. Bu, texniki qüsur kimi qəbul edilməlidir”.

Bunu Nəsimi adına Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

Akademik İsa Həbibbəyli lüğətin nə tərtibçisi, nə redaktoru, nə də rəyçisidir. Onun adının hallandırılması məqsədli xarakter daşıyır. Lüğətin elmi redaktoru akademik Möhsün Nağısoylu, məsul redaktorları filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli, filologiya elmləri doktoru Nəriman Seyidəliyev, rəyçiləri filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qəzənfər Kazımov, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Əliyeva və mərhum professor Buludxan Xəlilovdur”, - Dilçilik İnstitutundan bildirilib.

Qeyd edək ki, son orfoqrafiya lüğətinə “hörümçək” sözü salınmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq