"Arada açıq havaya çıxır, gəzir" - Xalq artisti Arif Babayevin səhhəti ilə bağlı açıqlama

img

06-01-2022 [15:16]


"Xalq artisti Arif Babayev evdə həkim nəzarəti altında müalicəsini davam etdirir".

Mia.az xəbər verir ki, bunu Report-a 83 yaşlı Xalq artistinin oğlu Yaşar Babayev bildirib.

Onun sözlərinə görə, atasının səhhəti yaxşıdır: "Hazırda ev şəraitində insult, beyinlə əlaqəli müalicə kursunu davam etdiririk. Yataq şəraitində deyil, arada açıq havaya çıxır, gəzir. Özünü yaxşı hiss edir. Hər şey qaydasındadır”.

Qeyd edək ki, A.Babayev bir müddət əvvəl Mərkəzi Klinik Xəstəxanada sinir sistemi ilə bağlı müalicə alıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq