BAŞ PROKURORLUQ SABİQ DEPUTATLA BAĞLI İDDİALARI NƏZARƏTƏ GÖTÜRDÜ - İki nazirlik də Nəriman Əliyevlə bağlı araşdırma aparır + FOTOLAR (YENİLƏNİB)
07-01-2022 [12:56]
Sabiq deputat, "Ştutqart" şirkətinin sahibi Nəriman Əliyevin ağacların kəsməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.
Mia.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadla xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10C ünvanında ağacların kəsilməsi faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılır: "Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".
***
Sabiq deputat Nəriman Əliyev özünə məxsus “Ştutqart” MMC-nin anbarının yaxınlığında yerləşən 37 ədəd ağacı kəsməkdə, 64 işçinin 76 min manat maaşını verməməkdə ittiham olunur.
N.Əliyev isə bu iddianı irəli sürən şəxsləri və bacısı oğlu Əfqan Abdullayevi 25 milyonluq yeyintidə günahlandırır.
Mia.az-ın məlumatına görə, “Qafqazinfo”ya müraciət edən həmin şirkətin keçmiş əməkdaşı Abutalıb Ağayev iddia edib ki, N.Əliyev paytaxtın Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi “10 C” ünvanında yerləşən boş ərazini özəlləşdirərək öz adına rəsmiləşdirib: “Orada 941.5 kvadratlıq iki mərtəbədən ibarət anbar, 132.2 kvadratlıq iki mərtəbədən ibarət ofis binası inşa edib. Bundan sonra, 2020-ci ilin aprel ayında geridə qalan boş sahəni hündür hasara almaqla bu hissədə yerləşən 37 ədəd bir neçə illik, böyük ağacları kəsərək tikinti aparmaq üçün hazır vəziyyətə gətirib. Bununla bağlı müraciətimizdən sonra mütəxəssislər əraziyə gələrək baxış keçirib”.
A.Ağayevin sözlərinə görə, N.Əliyev ağacları kəsdikdən sonra “burada ağaclar olduğu unudulan kimi tikintiyə başlayacağıq” deyib: “Ağaclar kəsilib, Hövsanda boş torpaq sahəsinə yığılıb. 37 ədəd ağacı kəsməklə ekologiyaya vurduğu ziyana görə Nəriman Əliyev cinayət məsuliyyətinə cəlb olunmalıdır”.
Keçmiş deputat Nəriman Əliyev isə “Qafqazinfo”ya açıqlamasında ağac kəsdirməsi iddialarını qəbul etməyib: “O obyekt 2004-cü ildə tikilib və mənə məxsusdur, düz 16 il qabaq da onun üçün çıxarış alınıb. Bu şəxslər Ekologiya Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Hər iki qurumdan da həmin əraziyə baxış keçirilib və deyilib ki, onların iddiaları əsassızdır. Orada ağac kəsilməyib, kol-kos olub və onlar da təmizlənib”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsiz xidmətinin rəisi Hikmət Əlizadə sorğumuza cavab olaraq bildirdi ki, sözügedən məsələ ilə bağlı hazırda araşdırma aparılır.
Keçmiş deputat Nəriman Əliyev əlavə edib ki, bacısı oğlu Əfqan Abdullayev və onun işçisi Abutalıb Ağayevdən polisə şikayət etdiyi üçün həmin şəxslər onu ağac kəsilməsi iddiası ilə şantaj edirlər: “Əgər belə bir hadisə olubsa, bu barədə niyə indi məlumat verirlər? Onların işi Daxili İşlər Nazirliyində İstintaq İdarəsində araşdırılır. Mən “Ştutqart” MMC-nin təsisçisiyəm və bacım oğlu Əfqan Abdullayevi də direktor təyin etmişdim. Abutalıb Ağayev də şirkətin əməkdaşı olub. Onlar birlikdə şirkətin 10 milyon manatdan çox pulunu mənimsəyiblər. Bura özəlləşəndən sonra biz şirkətə dəyən ziyan haqda məlumat almışıq və DİN-ə müraciət etmişik. Həmin işdə də bu şəxslər ittiham olunurlar. İndi buna görə də onlar məni bu yolla şantaj edirlər”.
N.Əliyevin bacısı oğlu Əfqan Abdullayev isə saytımıza açıqlamasında bildirib ki, 2020-ci il sentyabrın 8-də dayısı Nəriman Əliyevlə yollarını ayırıb: “Biz hamımız oturub Nəriman Əliyevlə hesabat etmişik. “Ştutqart” MMC-nin paylarının 33 faizi mənim olub. Qalan 67 faiz isə Nəriman Əliyevdə olub.
2004-cü ildə mənim atam “Karkaz” şirkətini yaradıb və keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla şərik olub. Daha sonra Nəriman Əliyev də gəlib pul yatıraraq bu işə qoşulub. Biz kasıb adamlar idik, Nərimanın isə pulu var idi. Eldar Mahmudovun obyektlərinə biz baxırdıq. 2015-ci ildə MTN-də baş verən hadisələrdən sonra Eldar Mahmudovla olan şərikliyə son qoyduq.
Daha sonra da “Ştutqart MMC”ni yaratdıq. 2021-ci ilin sentyabrında da Nəriman Əliyev bizim səhmləri alaraq pulumuzu verdi və onunla ayrılmışıq. Biz halallaşdıq, təhvil-təslim işlərini etdik. İndi oturub orada işi idarə edə bilmir deyə, deyir ki, Əfqanın açdığı “Avtodetal” şəbəkəsi bizə zərər verir. Buna görə də bizə şər-böhtan atır. Guya biz oradan 25 milyon manat pul "yemişik". Qanun-qayda var, DİN-ə məktub yazdı və mən də gedib izahat verdim. Hazırda onun işçisi olan Orxan adlı şəxs də gəlib Nəriman Əliyevin verdiyi izahatları təkzib etdi.
Heç bir cinayət işi də açılmayıb. “Ştutqart”dan kim çıxıbsa, hər birinin adına 300-500 min məbləğ yazıb. Guya ki, bu qədər pul mənimsənilib. Ən çox da mənim adıma yazılıb - 15 milyon manat. Orada anbar müdiri olan Elşənin adı siyahıda yoxdur, amma onun fəhlələri yeyintidə ittiham olunur. Əgər bu pulları fəhlə “yemişdisə”, niyə anbar müdiri olan və Nəriman Əliyevin sinif yoldaşı olan Elşən vaxtında bu barədə məlumat verməyib?”
Abutalıb Ağayev qeyd edib ki, sentyabr ayında “Ştutqart” MMC-dən çıxan 64 nəfər maaşlarını ala bilmədikləri üçün dövlət qurumlarına müraciət ediblər: “Biz 64 nəfər eyni vaxtda işdən çıxıb “Avtodetal” şirkətində Əfqan Abdullayevlə işləməyə başladıq. Nəriman Əliyev isə oradan çıxanların maaşını vermədi. Ümumilikdə bizə 76 min manat maaş verməlidir. Orada biz maaşı tam rəsmi almırdıq. Məsələn, mənim maaşın 1500 manat idi, rəsmi olaraq 226 manat alırdım, qalan pulu isə şəxsən Nəriman Əliyev özü “paket”də verirdi”.
MİA.AZ

Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR