Müğənni Kərim keçmiş həyat yoldaşı Təranə Səmədovanı məhkəməyə verib

img

04-03-2014 [15:02]


Müğənni Kərim Abbasov keçmiş həyat yoldaşı Təranə Səmədovanı məhkəməyə verib. O bu barədə ANS telekanalında yayımlanan "Şoubiz” verilişinə açıqlama verib:

"Təbii ki, onu məhkəməyə verdim. Artıq vəkilim bu işlə bağlı iddiaları götürüb. Kiminsə ünvanına toxunan sözlər, şərəf və ləyaqətinə, nüfuzuna təsir edən ifadələr olanda ağıllı insan məhkəməyə verməlidir. Mən də məhkəməyə müraciət etdim. İnşallah, qalibiyyət bizimlədir. Əsas odur ki, mənim uşağımın atası da var, anası da. Kəbin, nikah buna sübutdur. Özü başa düşür, söhbət nədən gedir”.

Nəzərinizə çatdıraq ki, T.Səmədova "Adam içində” verilişində K.Abbasovun övladı ilə bağlı yalan danışdığını, onun xəstə olduğunu və heç vaxt ata ola bilməyəcəyini iddia etmişdi.
Vəziyyətlə bağlı açıqlama almaq üçün T.Səmədova ilə əlaqə saxladıq. Bu haqda fikir səsləndirməkdən yayınan prodüser bunları dedi:
"Nə edib, yaxşı edib. Bu barədə heç yerə heç nə danışmaq istəmriəm. Ürəyi nə istəyir, etsin".

Digər xəbərlər
SON XƏBƏRLƏR