"Aztelekom"a alman əsilli Klaus Müller baş direktor təyin olundu - Rəşad Nəbiyevdən maraqlı təyinat + FOTO

img

25-12-2021 [12:48]


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) yeni baş direktor təyin edilib.

Mia.az "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə əslən alman olan Klaus Müller təyinat alıb.

Mia.az xəbər evrir ki, Müller 2016-2020-ci illərdə "Azərfon" MMC-nin icraçı direktoru vəzifəsində işləyib. O, bu təyinata qədər  "McKinsey & Co" şirkətində xarici məsələlər məsləhətçi idi.

Xatırladaq ki, Müllerə qədər “Aztelekom” MMC-nin baş direktor vəzifəsini nazirliyin aparat rəhbəri Samir Məmmədov icra edirdi.

Mia.az

img
Digər xəbərlər
SON XƏBƏRLƏR
20:47 24.01.2022

Ərdoğan İrana gedir