“Qarabağ” 1600 manat cərimə olunub - AFFA-dan sərt qərarlar

img

26-11-2021 [13:47]


AFFA İntizam Komitəsinin növbəti toplantısı keçirilib.

Mia.az AFFA-ya istinadla xəbər verir ki, iclasda aşağıdakı adıçəkilən futbolçu və klublar cərimələnib:

"Premyer Liqanın XI turunun “Qarabağ” – “Keşlə” oyununda matç bitdikdən dərhal sonra azarkeş meydançaya daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur.

“Neftçi” – “Sabah” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur.

“Sabah” klubunun oyunçularının geyimlərindəki qüsurlara görə matç gec başlandığı üçün klub 800 manat cərimə olunur. Klubunun baş məşqçisi Murad Musayev “A” buraxılış vəsiqəsindən istifadə etmədiyinə görə kluba xəbərdarlıq edilsin.

Matç bitdikdən dərhal sonra azarkeş meydançaya daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur.

“Qəbələ” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 3 nömrəli futbolçusu Vurğun Hüseynov matçın 83-cü dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı