Polis əməliyyatı: bu şəxslər saxlanıldı, aralarında qadınlar da var - VİDEO/FOTO
12-11-2021 [12:06]
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini və qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilərək satışını təşkil edən, həmçinin beynəlxalq narkotrafiki həyata keçirən mütəşəkkil dəstənin ölkə ərazisindəki üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.
Mia.az DİN-ə istinadla xəbər verir ki, Baş İdarənin və ona bilavasitə tabe olan Qərb, eləcə də Cənub Bölgəsində Regional Şöbələrinin əməkdaşlarının Qaradağ rayonunda birgə həyata keçirdikləri ilk tədbir zamanı narkotik vasitələrin ölkə ərazisinə paylanılmasına nəzarət edən əsas şəxslərdən biri Nicat Əhmədov saxlanılıb. Onun üzərindən və anbar kimi istifadə etdiyi evindən ümumilikdə 39 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 16 kiloqram heroin, 2 kiloqram tiryək, 20 kiloqram psixotrop maddə olan metamfetamin, 2 ədəd elektron tərəzi, 400 ədəd satışı qadağan edilən metadon həbi və narkotik vasitələrin satışı zamanı istifadə etdiyi plastik kartlar aşkar edilib.
Baş İdarə əməkdaşlarının Yasamal və Suraxanı rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə beynəlxalq narkoşəbəkənin digər üzvləri Əbil Məmmədov, Müşfiq İsmayılov və tanışı Vüqar Quliyev saxlanılıblar. Əbil Məmmədovun üzərindən 645 qram heroin, 125 qram metamfetamin, yaşadığı mənzildən isə 1 kiloqram 385 qram heroin, 1 kiloqram 425 qram tiryək, 7 kiloqram marixuana, 1 kiloqram 430 qram metamfetamin və 1 ədəd narkotik vasitələrin qanunsuz dövriyyəsində istifadə etdiyi elektron tərəzi aşkar edilib. Müşfiq İsmayılov və Vüqar Quliyevin üzərindən, eləcə də Əmircan qəsəbəsindəki yaşadıqları evdən isə 4 kiloqram 83 qram heroin və 1 kiloqram 62 qram metamfetamin aşkar olunub.
Qeyd edək ki, Nicat Əhmədov, Əbil Məmmədov, Müşfiq İsmayılov və Vüqar Quliyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onların Asiyadan Avropaya qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərməyə çalışan xaricdəki narkotacirlər üçün ölkə ərazisində narkokuryerlik etdikləri müəyyən edilib. Bu şəxslərin beynəlxalq narkotrafiki həyata keçirən mütəşəkkil dəstənin ölkə ərazisindəki fəal üzvləri olduqları sübuta yetirilib.
Baş İdarə əməkdaşlarının paytaxtın digər rayonlarında narkotik vasitələrın satışını həyata keçirən şəxslərə qarşı keçirdikləri növbəti əməliyyatlar zamanı isə bu qanunsuz fəaliyyətlə məşğul olan Ötkəm Piriyev, Rəfael Xəlilov, Elşən Babayev, Ayaz Həsənov, Şahbaz Babayev, Sadiq Məmmədov və Nicat Abdullayev saxlanılıblar. Ötkəm Piriyevdən 510 qram heroin və metamfetamin, Rəfael Xəlilovun üzərindən və avtomobilindən 3 kiloqram 600 qram tiryək, plastik kart, Ayaz Həsənovdan 257 qram heroin, metamfetamin və elektron tərəzi, Şahbaz və Elşən Babayevlərdən 1 kiloqram 377 qram heroin, metamfetamin, 300 ədəd metadon həbləri və 2 ədəd elektron tərəzi, Sadiq Məmmədov və Nicat Abdullayevdən isə 144 qram heroin və metamfetamin aşkar edilib.
Abşeron rayonunda həyata keçirilən əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi, sosial şəbəkələrdə gənclər arasında guya narkotik vasitələrin xeyirli olduğu barədə təbliğat aparan Müşfiq İsayev, Ceyhunə Quliyeva, Araz Ağayev tanışı Şəlalə Abbasova və Əziz Rəcəbov saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 1 kiloqram 650 qram müxtəlif tərkibli narkotik vasitələr, 70 ədəd metadon həbi, elektron tərəzilər, eləcə də narkotik vasitələrin satışından əldə edilən pul vəsaitləri və bank kartları aşkar edilib.
Baş İdarənin Sabirabad, Cənub və Qərb Bölgəsində Regional Şöbələrinin əməkdaşlarının isə Ağdaş, Lənkəran, Astara və Qazax rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Vaqif Qəhrəmanov, Aqil Səfərov, Mirhüseyn Ocaqov, Vüsal Abdıyev və Amin Əhmədzadə saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 4 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, elektron tərəzilər və 20 ədəd metadon həbi aşkar edilib.
Qeyd edilən bu əməliyyatlar zamanı saxlanılan 21 nəfərin cinayətləri ətraflarında həyata keçirilən əməliyyat tədbirləri ilə toplanan təkzibedilməz faktlarla tam sübuta yetirilib.
Göstərilən əməliyyatlar zamanı saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sonuncu tədbirlər nəticəsində Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 68 kiloqram vasitə və psixotrop maddə, o cümlədən 790 ədəd metadon həbi dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib. Vətəndaşlara, xüsusən sosial şəbəkə istifadəçilərinə, ictimai fəal şəxslərə bir daha müraciət edərək bildiririk ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işində və antinarkotik təbliğat sahəsində vətəndaşı olduğu ölkənin gələcəyi naminə öz töhfələrini əsirgəməsinlər. Milli genefondumuzun məhvinə çalışan xaricdən ölkəmizə qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən narkotacirlərin qarşısını yalnız bu sahədə mövcud olan polis-vətəndaş həmrəyliyinin daha da gücləndirilməsi ala bilər".
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq