Dünya çempionatı: Azərbaycan millisi Lüksemburqa da uduzdu
11-11-2021 [22:55]
Futbol üzrə Azərbaycan millisi 2022-ci dünya çempionatının seçmə mərhələsində son oyununu keçirib.
Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 8-ci sınağında Lüksemburq yığmasını qəbul edib. Bakı Olimpiya Stadionunda (BOS) oynanılan və 2 kollektiv arasında sayca 6-cı olan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyuna yaxşı başlayan Azərbaycan millisi görüşün əvvəlindəcə hesabı açmağa yaxın olub. Amma Mahir Emrelinin soil cinahdan iti bucaq altında zərbəsi qapıdan aralı keçib. 19-cu dəqiqədə bu dəfə qonaqlar fərqlənmək üçün yaxşı fürsət əldə etsələr də, Danel Sinaninin cərimə zərbəsindən vurduğu topu qapıçı Şahruddin Məhəmmədəliyev çətinliklə də olsa, qaytara bilib. Az sonra yığmanın heyətində Tellur Mütəlimov meydandan qovulub. 26 yaşlı sol cinah müdafiəçisi qonaqların yarımmüdafiəçisi Olivye Tillin bədəninə açıq ayaqla zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə görüb. Say üstünlüyündən istifadə edən qonaqlar tədricən təşəbbüsü ələ alıblar. 28-ci dəqiqədə Məhəmmədəliyev növbəti dəfə hesabın açılmasına imkan verməyib. Hissənin sonlarında nisbətən fəallığı artıran millinin heyətində Emreli diqqət mərkəzinə düşüb. Polşa “Legiya”sının 24 yaşlı hücumçusu növbəti dəfə qapını nişan alsa da, çərçivəyə düşə bilməyib. 44-cü dəqiqədə BOS-a toplaşan azarkeşlər azarkeşlər Vətən müharibəsi ilə bağlı “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndiriblər. İlk hissədə hesab açılmayıb və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.
İkinci yarının əvvəlləri bir qədər sönük keçib. 58-ci dəqiqədə Lüksemburq yığmasının heyətində Kristofer Martinsin cərimə meydançasının xaricindən qüvvətli zərbəsində azca dəqiqlik çatmayıb. Bir qədər sonra Till uzaq məsafədən vurduğu topla təhlükə yaratsa da, Məhəmmədəliyev yenə də inamlı təsir bağışlayıb. 66-cı dəqiqədə Azər Salahlının sol cinahdan yerlə ötürməsini Emin Mahmudov saxlamadan qapıya istiqamətləndirsə də, zərbəsi qeyri-dəqiq alınıb. 67-ci dəqiqədə isə qonaqlar Jerson Rodrigeşin baxımlı qolu ilə hesabı açıblar. Buraxılan qoldan sonra dəyişikliyə əl atan De Byazi Ramil Şeydayevi Renat Dadaşovla, Filip Ozobiçi isə Rüstəm Əhmədzadə ilə əvəzləyib. Meydana yenicə daxil olan Əhmədzadə 70-ci dəqiqədə rəqib qapıçı Ralf Şonla üzbəüz qalsa da, fürsəti boşa verib. 78-ci dəqiqədə lüksemburqlular hesab arasındakı fərqi artırıblar. Sebastyan Till yaxşı təşkil olunmuş hücumu məntiqi sonluqla bitirib. 82-ci dəqiqədə Azər Salahlı buraxılan toplardan birinin əvəzini çıxıb. Qolun qaydalar çərçivəsində vurulub-vurulmadığını müəyyənləşdirmək üçün VAR sisteminə müraciət olunub. Yekunda qol qeydə alınıb. Azərbaycan millisi matçın sonlarında hesabı bərabərləşdirmək üçün irəli atılsa da, bunu etmək mümkün olmayıb. Əvəzində Rodrigeş əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə özünün 2-ci, komandasının isə 3-cü qoluna imza atıb.
Bu qələbədən sonra xalların 9-a çatdıran Lüksemburq seçməsi qrup 3-cülüyünü təmin edib. Azərbaycan isə seçmə mərhələni 1 xalla sonuncu sırada başa vurub.
***
Bakıda 2022-ci il dünya çempionatının seçmə mərhələ oyununda üz-üzə gələcək Azərbaycan və Lüksemburq milli komandalarının start heyətəri açıqlanıb.
Mia.az xəbər verir ki, komandalar bu heyətlə meydana çıxacaqlar:
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 17. tellur Mütəllimov, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç
Ehtiyat oyunçular: 1. Emil Balayev, 12. Mehti Cənnətov, 6. Vüqar Mustafayev, 7. Namik Ələskərov, 9. Renat Dadaşov, 13. Amin Seydiyev, 14. Bəxtiyar Həsənalızadə, 15. Cəlal Hüseynov, 16. Coşqun Diniyev, 20. Mert Çelik, 21. Araz Abdullayev, 22. Rüstəm Əhmədzadə
Baş məşqçi: Canni De Byazi
Lüksemburq: 1. Ralf Şon, 2. Maksim Şano, 8. Kristofer Martins, 9. Danel Sinani, 10. Jerson Rodrigeş, 11. İvandro Borges, 13. Dirk Karlson, 15. Olivye Til, 16. Leandro Barreyro, 17. Mika Pinto, 18. Loran Yans
Ehtiyat oyunçular: 12. Tim Kips, 23. Timoti Martin, 3. Florian Bonert, 4. Kevin Maljye, 5. Vahid Selimoviç, 6. Diequ Pimentel, 7. Erik Veyqa, 14. Moris Devill, 19. Aldin Skenderoviç, 20. Matias Olesen, 21. Sebastyan Till, 22. Maykl Omosanya
Baş məşqçi: Lük Holts
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türk Hava Yolları: "İrana uçuşlar ləğv edilməyib"
MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"
Trampdan İranla danışıqlar barədə açıqlama: "Bəzən hərbi gücdən istifadə etməlisən..."
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb - FOTOLAR
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı - DİN açıqlama yaydı (FOTO, Yenilənib)
BU ÖLKƏLƏRƏ SƏFİR VƏ KONSUL TƏYİN EDLDİ - Sərəncamlar (Yenilənib)
Prezident İlham Əliyev fərman imzaladı
Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
Prezident sərəncam imzalayıb - Sosial şəbəkələrlə bağlı
Arif Həşimov: "Rəyasət Heyətinin ləğvi məsələsi mövcud deyil”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
UEFA Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı
Çempionlar Liqasında püşk: "Qalatasaray" "Liverpul"a rəqib oldu
Könül Eminovanın öldürülməsi ilə bağlı cinayət işi açılıb
Şamaxı rayonunda zəlzələ olub
Hoteldəki faciəyə görə ayrıca cinayət işi - Mehdiyevlər dindirilib
Prezidentlə xanımının adından rəsmi nahar verildi - VİDEO
Martın 3-də ilin ilk Ay tutulması olacaq
İSRAİLDƏ NƏ BAŞ VERİR? - ABŞ diplomat və onların ailələrini ölkədən çıxarmağa başlayıb
Pakistan və Əfqanıstan müharibəyə başladı - "Səbrimiz artıq tükəndi, açıq müharibəyə girdik" (YENİLƏNİB)
Daha bir qalmaqallı veriliş dayandırıldı
Vitse-spiker: "Milli Məclis yox, Millət Məclisi olmalıdır"
Azərbaycan Beynəlxalq Bankının məntiqi, yoxsa məntiqsizliyi? - Tanınmış jurnalist yazır
"Azəriqaz"da gülünc olay: xadimələr imtahana çəkilib, 80-i "kəsilib"
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Milli Məclisin növbəti iclasının vaxtı bəll olub
Mədəniyyət sahəsində qrantlar... - Maliyyələşmə qaydası haqda yeni qanun qəbul edildi
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılacaq
Daha bir kollec direktoru vəzifədən azad edildi
"Kinematoqrafiya haqqında" qanuna dəyişib
"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanun dəyişdi - Nələr olacaq?
ABŞ-də azərbaycanlı tələbə saxlanılıb - Mamdani Trampla danışıb sərbəst buraxdırdı (FOTOLAR)
Zahid Oruc Milli Məclisdə: "Ermənistanla sülh müqaviləsini bağlayandan sonra daha böyük düşmənlərimizi görəcəyik”
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı + CƏDVƏL