Xaricdə alpinizm kursu keçən, həkimin, futbolçunun, general oğlunun evini yaran oğru - SENSASİON İŞ
03-11-2021 [14:59]
Bakıda oğurluq etməkdə təqsirləndirilən Cavid Süleymanov və Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Mia.az Müsavat.com-a istinadla xəbər verir ki, iclas Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutur.
Həbs edilən Cavid alpinist olub. O, bu bacarıqlarından istifadə edərək cinayət əməlləri törədib.
Məlumata görə, Cavid oğurluq əməllərindən əvvəl öz maşınını sataraq Ukraynaya gedib və orada alpinist kursu keçib. Kursu keçdikdən sonra Bakıya qayıdıb və oğurluq planlarını icra edib.
Məhkəmədə dindirilən zaman Cavid xaricdə alpinizm kurslarına getməsi, mənzillərin eyvanlarına kəndirlə düşməsi, qapıları xüsusi vasitələrlə açması haqda danışmaq istəməyib, sualları cavablandırmayıb.
Onun izahı maraqlı olub, deyib ki, iki həftə əvvəl həbsxanada çarpayıdan yıxılıb və baş verənləri xatırlamır.
Vəkili isə onun psixi xəstə olduğunu deyib və bildirib ki, Cavid özünə xəsarət yetirib: “İstintaq dövründə psixiatrik ekspertizadan keçirilib. Ekspert rəy verdi ki, psixi xəstəlikdən əziyyət çəkir, amma hadisələr baş verəndə öz hərəkətlərinin nəticəsini dərk edib. Cavid psixi xəstəliyinə görə dəfələrlə müalicə alıb. Təkrar ekspertiza təyin olunmasını istəyirik”.
Hakim bildirib ki, əvvəlki rəy tədqiq olunmadığı üçün vəsatət hələlik baxılmamış saxlanılır.
Cavidlə əlbirlikdə suçlanan Əhməd Əhmədov isə deyir ki, oğurluq hadisələrində taksi kimi iştirak edib.
“Hara gedəcəyini, arxasınca nə vaxt gəlmək lazım olduğunu deyirdi. Həmişə eyni avtomobildən istifadə etmirdik. Oğurluq olan ünvana bir avtomobillə aparırdımsa, başqa avtomobillə gətirirdim. Hər dəfəyə təxminən 1500-2000 manat pul verirdi. Ümumilikdə mənə 30 min manata yaxın pul verib.
2006-cı ildən tanıyırdım. Onda mən zərgərlik sexində işləyrdim, o da ora gəlmişdi. Sonra hərbi xidmətə getdim, 2011-ci ildə qayıtdım, “Moskva” univermağında işlədim. 2018-ci ildə mənə təklif elədi ki, belə bir iş var, sən heç nəyə qarışmayacaqsan, sadəcə aparıb-gətirəcəksən...”- deyə Əhmədov söyləyib.
Zərərçəkmiş kimi adı keçənlər sırasında tanınmışlar da var: futbol üzrə Azərbaycan millisinin keçmiş futbolçusu Ceyhun Sultanov, pandemiya dövründə vəzifəsindən azad edilən baş infeksionist Cəlal İsayev, uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor, hazırda isə Bakı şəhər İcra Hakimiyyəti başçısının müşaviri Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev də var. Elə sonuncu oğurluq hadisəsi də Vüsal Mirzəyevin evindən olub.
Cinayət işinin materiallarından məlum olur ki, alpinizm texnikasıyla mənzil oğurluqlarının üstü general oğlunun evində baş verənlərdən sonra açılıb. İttihama əsasən, Mirzəyevə 167 min manat ziyan vurulub. Mənzildən təxminən 150 min manatlıq qızıl və pul oğurlanıb. Keçmiş baş infeksionistə 114 min, futbolçuya isə 5000 manat ziyan dəyib.
Cavid Süleymanovun istintaqa ifadəsində bildirilir ki, o, 2016-cı ildə xarici ölkələrdən birində alpinist hazırlayan kurslarda iştirak edib. Öyrəndiyi vərdişlər sayəsində də çoxmərtəbəli binaların damından kəndir vasitəsilə mənzillərin eyvanına düşüb. Amma iz azdırmaq üçün mənzillərin giriş qapılarını da sındırıb ki, oğrunun mənzilə qapıdan daxil olduğu ehtimal edilsin. Təqsirləndirilən şəxsin ifadəsinə görə, o, iz buraxmamaq üçün kriminalistika və cinayət-axtarış fəaliyyəti haqqında kitablar da oxuyub.
“Cavid Süleymanov əvvəlcə müşahidələr aparıb, mənzildə yaşayış olub-olmadığını, ev sahiblərinin nə vaxt gəlib-getdiyini müəyyənləşdirib. Binaların sxemlərini hazırlayaraq, plan qurub. Saxlanılan zaman Cavid Süleymanovun çantasından həmin sxemlərin qeyd edildiyi dəftərlər, müxtəlif binaların şəkilləri çəkilmiş fotoaparat aşkarlanıb. O, oğurluq nəticəsində əldə etdiyi qızıl-zinət əşyalarını yaşadığı evdə yaratdığı zərgərlik emalatxanasında əridib, yeni əşyalar düzəldərək satıb”, - ittihamda belə yazılıb.
Bu iş üzrə 8 zərərçəkmiş var.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq