Salyan sakininin bank kartından 1000 manat oğurlayan şirvanlı tutuldu

img

01-11-2021 [12:24]


Salyan rayon sakininin bank hesabından pul oğurlanıb.

Mia.az DİN-ə istinadla bildirir ki, Salyan Rayon Polis Şöbəsinə müraciət edən Kolanı kənd sakini Ə.Cəbiyev oktyabrın 25-də bank hesabından 1000 manat pulunun oğurlanmasını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Əliyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA