Beyləqanda polis əməliyatı: tutulanlar var

img

29-10-2021 [14:49]


Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşlarına rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərlə bağlı məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Gəncə şəhər sakinləri Əli Abbasov və Emin Nağıyev rayon ərazisində saxlanılıblar.

Şəxsi baxış keçirilən zaman Ə.Abbasovdan 3 kiloqramdan artıq tiryək, 1 kiloqram 900 qram heroin və 1 kiloqram 800 qram “patı” adlandırılan psixotrop maddə-metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA