YAP Binəqədi rayon təşkilatında Vətən müharibəsinin qaziləri ilə görüş olub - FOTOLAR
CƏMİYYƏT
27.10.2021, 18:23
Bu gün - 26 oktyabr 2021-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında Vətən müharibəsinin qaziləri ilə görüş keçirilib.
Mia.az təşkilatın sosial şəbəkədəki hesabına istinadla xəbər verir ki, görüşdə əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdən bəhs edib.
O, bildirib ki, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, xalqımızın iradəsi və ordumuzun şücaəti nəticəsində 30 ilə yaxın işğal altında olan ərazilərimiz düşməndən azad edilib və bununla da Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub.
Dövlət-xalq-ordu həmrəyliyinin bütün dünyaya əsl nümunə olduğunu və bu birliyin heç bir zaman sarsılmayacağını vurğulayan təşkilat sədrinin sözlərinə görə, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlər hər birimizdə sonsuz iftixar hissi doğurur.
V.İsmayılov sonda bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyib.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov isə çıxışında qəhrəman əsgər və zabitlərimizlə bütün xalqımızınq ürur duyduğunu qeyd edib. O, özünün keçdiyi döyük yolundan və xatirələrindən danışıb. Xalqımızın məğrurluğunun və qətiyyətinin, vətənpərvərliyinin bütün xalqlar üçün əsl örnək olduğunu söyləyib.
Şəhid ailələrinin üzvlərinin, Vətən müharibəsində yaralanmış qazilərin sağlamlıqlarının bərpası, məşğulluqlarının təmini, həyat şəraitlərinin daha da yaxşılaşdırılması üçün göstərilən dəstək tədbirlərindən danışıb.
Sonda çıxış edən Vərən müharibəsi qaziləri - Ceyhun Sədrayev, Mobil Əhmədzadə və Ruslan Şıxıyev Vətən müharibəsi zamanı döyüş yoldaşlarının şücaətlərindən və qoxmazlıqlarından ətraflı bəhs etdilər. Azərbaycan Ordusunun üstünlüyü ilə qazanılan tarixi zəfərimizdə Ermənistanın işğalçı ordusunun məhv edildiyini qeyd ediblər. Döyüş zamanı əsgər və zabitlərdə olan ruh yüksəkliyindən, eləcə də onlara ünvanlanan “Əsgərə məktub”ların əsl stimul olduğunu, söyləyiblər. Qazilər xalqımızın qayğısını və dəstəyini daim hiss etdiklərini və tarixi torpaqlarımızın işğaldan azad edilməsinin ən müqəddəs missiyaları olduğunu vurğulayaraq, göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Allah xatirinə, vəziyyətimiz heç də yaxşı deyil" - İRAN PREZİDENTİ ÖLKƏNİ "EVİMDƏ JAKETDƏ YATIRAM" DEDİ VƏ...
Bugün, 00:07 GÜNDƏM
-
Ginekomastiya əməliyyatı icbari tibbi sığorta ilə ÖDƏNİŞSİZ həyata keçirilir
Bugün, 00:04 CƏMİYYƏT
-
Rusiya Ukraynada beşmərtəbəli yaşayış binasına zərbə endirib: "14 nəfərin taleyindən hələ də xəbər yoxdur" raketləri tərəfindən vurulub
Bugün, 00:02 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
Prezident İlham Əliyev ABŞ-ın Daxili təhlükəsizlik nazirini qəbul edib - Müzakirə + FOTOLAR
22.11.2026, 20:22 GÜNDƏM
-
Robotlar müharibə aparacaq, insanlar isə iş axtaracaq...
22.11.2026, 15:50 İQTİSADİYYAT
-
Rusiya ordusu Ukraynaya ağır zərbələr endirib
22.11.2026, 14:53 GÜNDƏM
-
Prezident İlham Əliyev Jozef Aunuya məktub göndərib -MƏTN
22.11.2026, 13:05 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
22.11.2026, 12:53 GÜNDƏM
-
Xəzər TV-nin süjeti: "Nar ağaclarını kəsib, gecə ilə yerini asfaltlayıblar" - Xətaidə + VİDEO
22.11.2026, 11:59 CƏMİYYƏT
-
""AZƏRİQAZ, nə baş verir, sistem işləmir, ya qoyduğunuz sayğaclar?""
22.11.2026, 11:09 CƏMİYYƏT
-
COP31-də iqlim sazişinin yeni layihəsi təqdim olunub
22.11.2026, 10:27 DÜNYA
-
Dövlət Sosial Müdafiə Fondunun borcları kəskin artıb - Bu, pensiyaçılara nə vəd edir?
22.11.2026, 10:13 İQTİSADİYYAT
-
Naxçıvanda 3 bal zəlzələ olub
22.11.2026, 09:05 GÜNDƏM
-
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
21.11.2026, 18:01 GÜNDƏM
-
"BDU-da heç kim işdən azad olunmayıb, nə də yeni təyinat var" - Mətbuat katibindən açıqlama
21.11.2026, 18:00 CƏMİYYƏT
-
"Azəriqaz" rəhbərinin Naxçıvana səfəri birmənalı qarşılanmadı - "Ciddi bir iyerarxiya və status fərqi var"
21.11.2026, 17:49 GÜNDƏM
-
Məktəb direktorlarının seçimində müsbət irəliləyişlər və yeni gözləntilər... - Vahid Tağıyev yazır
21.11.2026, 15:33 YAZARLAR
-
Vüqar Rəhimzadə: Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır
21.11.2026, 15:05 SİYASƏT
-
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - ÇIXIŞLAR + FOTOLAR
21.11.2026, 14:43 GÜNDƏM
-
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar... - Saxlanılanlar var (VİDEO)
21.11.2026, 13:13 KRİMİNAL
-
Sabah hava necə olacaq? - Proqnoz
21.11.2026, 12:55 CƏMİYYƏT
-
SAKİT OKEANA DOĞRU...
21.11.2026, 12:22 YAZARLAR
-
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib - Nələr müzakirə olunub?
21.11.2026, 12:17 CƏMİYYƏT
-
Azərbaycan neft 1.5 dollar ucuzlaşdı
21.11.2026, 11:55 İQTİSADİYYAT
-
YAP möhkəm ideoloji təmələ malikdir - Afiq Mirzə yazır
21.11.2026, 11:43 SİYASƏT
-
"Ulduz" jurnalının Xaqaniyə həsr olunmuş xüsusi sayının Sumqayıtda təqdimatı keçirilib
21.11.2026, 11:28 MƏDƏNİYYƏT
-
Bakının mərkəzində Xalq rəssamının oğlunun meyiti tapıldı
21.11.2026, 11:15 CƏMİYYƏT
-
İlham Əliyev Vyetnamın Prezidenti, Baş naziri və Milli Assambleyanın sədri ilə görüşüb - FOTOLAR (Yenilənib)
21.11.2026, 10:07 GÜNDƏM
-
Hikmət Hacıyev vyetnamlı müğənninin "Ey Vətən" ifasından yazdı: "Əla tələffüz və gözəl ifa!" - VİDEO
21.11.2026, 09:52 SİYASƏT
-
Şəmkirdə qadın abort zamanı ölüb
21.11.2026, 09:01 CƏMİYYƏT
-
Bakıda həkimin sürücüsü ilə bağban arasında dava - Villada nə baş verib? + VİDEO
21.11.2026, 00:07 CƏMİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
21.11.2026, 00:06 CƏMİYYƏT
-
Tramp Tehranla anlaşa bilmədiklərini etiraf etdi: "Neftin qiymətinin enməsi İrandan aslıdır"
20.11.2026, 22:22 GÜNDƏM