PROFESSOR PUTİNİN TƏKLİF ETDİYİ XƏRİTƏDƏN DANIŞDI: "Həmin hərbi xəritələrlə Ermənistanla sərhədi dəqiq müəyyən etmək olur" - MÜSAHİBƏ
24-10-2021 [17:11]
Rusiya prezidenti Vladimir Putin Valday forumunda çıxış edərkən bildirib ki, Rusiya tərəfinin iştirakı olmadan Ermənistanla Azərbaycan sərhədindəki vəziyyəti tam nizamlamaq mümkün deyil. Onun sözlərinə görə, keçmiş SSRİ respublikaları arasındakı sərhədlərin qeyd olunduğu inzibati-siyasi xəritələr hazırda Rusiya ordusunun Baş qərargahında saxlanılır.
«Hər iki tərəf həmin xəritələrə əsaslanaraq sakitcə əyləşib qarşılıqlı kompromislər tələb edən bəzi şeyləri müzakirə edə, nəyisə hardasa düzəldə, nəyisə mübadilə edə bilər… Yalnız bu cür mümkündür – hər iki tərəf qəbul etməli və fayda qarşılıqlı olmalıdır», – Putin deyib.
Sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi – Ermənistan–Azərbaycan sərhədlərinin qarşılıqlı tanınması yolunda açar, iki ölkə arasındakı münaqişəni tənzimləməyə və Cənubi Qafqazda sabitlik və qarşılıqlı etimad yaratmağa imkan verən əsas şərtdir. Beynəlxalq hüquq və ərazilərin bütövlüyü prinsipləri nöqteyi-nəzərindən, Cənubi Qafqazın iki respublikası arasında Sovet sərhədlərinin bərpası – obyektiv və irəliyə doğru addımdır.
Haqqin.az bu mövzu ilə bağlı texnika elmləri doktoru, professor Məqsəd Qocamanovla söhbətləşib. Məqsəd Qocamanov Azərbaycanın ilk peşəkar geodezisti və kartoqrafı, BDU-nin kartoqrafiya və geodeziya kafedrasının müdiridir. O, Rusiya prezidentinin Valday forumunda bəhs etdiyi xəritələri yaxşı bilir.

Professor Məqsəd Qocamanov
– Söhbət hansı xəritələrdən gedir?
– Rusiya prezidenti Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiya və delimitasiyasının Sovet topoqrafik xəritələrinin surətlərinə əsaslanaraq həyata keçirilməsini təklif edir. Delimitasiya – məntəqə və obyektlərin qeyd olunması, demarkasiya isə onların həmin ərazilərdə markalanması, nişanlanmasıdır.
Sovet İttifaqında müttəfiq respublikalar arasındakı sərhədlərin əks olunduğu xəritələr SSRİ Nazirlər Sovetinin nəzdindəki Baş geodeziya və kartoqrafiya idarəsinin (SSRİ NS nəzdində BGKİ) sərəncamında idi.
Respublikaların sərhədlərindəki bütün dəyişikliklər yaşayış məntəqələrinin, çay, dağ və digər obyektlərin adları qeyd olunmaqla məhz BGKİ-də təsdiqlənir, razılaşdırılmış dəyişikliklər BGKİ-nin növbətçi xəritəsinə daxil edilirdi. Bundan sonra respublikalar dəyişikliklərin qeyd olunduğu növbətçi xəritənin nüsxəsini alırdılar. O cümlədən, Azərbaycan SSR və Ermənistan SSR də sərhədlərin razılaşdırılmış dəyişikliklərinin əks olunduğu xəritənin nüsxəsini alıb. Prinsipcə, Bakı və Yerevan üçüncü tərəfin iştirakı olmadan da demarkasiya və delimitasiyanı apara bilər. Ancaq demarkasiya və delimitasiya proseslərini Azərbaycandan ərazi qoparmaq məqsədilə ləngidən Ermənistanın xoş olmayan niyyətləri səbəbindən prezident Putin neytral tərəfin nümayəndəsi kimi çıxış edərək Rusiya Silahlı qüvvələrinin Baş qərargahında saxlanılan topoqrafik xəritələrdən yararlanmaq təklifini verib. Yeri gəlmişkən, BGKİ dövrünün xəritələri hazırda Roskartoqrafiyanın xəritə anbarlarında saxlanılır.
– Sizin fikrinizcə, Ermənistanın bizim ərazimizin bir hissəsinə iddia etmək üçün hansısa əl yeri varmı?
– Azərbaycan SSR-in sərhədlərinin işarələnməsi ilə bağlı heç kəs bizi aldada bilməz. Bununla belə, çox vacibdir ki, demarkasiya və delimitasiya prosesində Azərbaycanın təcrübəli kartoqrafları da iştirak etsin. Bizim komissiyamız var, oraya “Geodeziya və kartoqrafiya” MMC-nin ekspertləri, ARDNŞ-in ekspertləri və digərləri daxildir. Putinin bəhs etdiyi və Azərbaycan SSR-in sərhədlərinin qeyd olunduğu xəritələrin nüsxələri əvvəllər Dövlət torpaq və kartoqrafiya komitəsində, sonralar isə Ekologiya və təbii sərvətlər nazirliyinin nəzdindəki “Geodeziya və kartoqrafiya” MMC-də saxlanılırdı.
– Lakin Putin Rusiya ordusunun Baş qərargahının xəritələrindən danışır. SSRİ-nin siyasi-inzibati ərazi bölgüsünün hərbi və mülki xəritələri arasında hansı fərqlər var?
– SSRİ respublikalarının xarici və daxili sərhədlərinin əks olunduğu hərbi və siyasi xəritələr arasında prinsipial fərq yoxdur. Hərbi xəritələr də elə BGKİ-nin həmin xəritələridir, sadəcə orada müdafiə və hərbi əməliyyatların təşkilində maraq kəsb edən yerüstü obyektlər göstərilir. 1950-60-cı illərdə kartoqrafiya və geodeziya praktik olaraq SSRİ hərbi idarəsinin təsir dairəsində idi. Peşəkar kartoqrafların hamısı hərbçi idi, paqon daşıyırdı, sahə özü isə məxfi idi. Rusiyada indi də hərbi topoqrafiya institutları var. SSRİ-də BGKİ və Hərbi-topoqrafik xidmət xəritələrdəki dəyişiklikləri həmişə razılaşdırırdılar. Yeri gəlmişkən, dünyanın bütün ölkələrinin hərbi idarələrində geodeziya və kartoqrafiya xidməti mövcuddur. Sovet dövründə Qazax rayonunda və Bakıda keçmiş “Spartak” stadionunun yaxınlığında hərbi-topoqrafik hissələr yerləşirdi. SSRİ dağılanda Qazaxdakı hissədən hərbi xəritələri Bakıdakı xəritə anbarına köçürdülər.
– Bu xəritələrlə sərhədi nə dərəcədə dəqiq müəyyən etmək olar? Axı Azərbaycan ərazisinin bir hissəsi 30 ilə yaxın müddətdə erməni işğalında olub…
– Mülki xəritələrdə miqyasdan asılı olaraq üfüqi müstəvidə yerləşən bütün obyektlər əksini tapıb. Bu xəritələr hansısa bir sahədəki təsvirlərə üstünlük vermir. Deyək ki, əsasən nəqliyyat şəbəkəsini, yaxud meşə ehtiyatlarını təsvir edən xəritələr var. Yəni, Putinin söylədiyi xəritələrlə sərhədi dəqiq və obyektiv müəyyən etmək olur. Ermənilər fəza sahəsinə malik obyektlərlə, məsələn, dağlar və təpələrlə spekulyasiya edərək ərazinin bir hissəsini öz tərəflərinə çəkməyə çalışa bilərlər, ancaq bizim mütəxəssislərimiz səthin üfüqi və maili ölçmələrdəki fiziki fərqlərini hesablamağı bacarırlar. Yəni, ermənilər bizim ərazilərimizdən bir kvadrat metr belə qopara bilməyəcəklər. Azərbaycanla Ermənistan arasındakı sərhədi daha dəqiqliklə miqyası 1:10000 olan xəritə ilə müəyyənləşdirmək olar. Buna heç bir şübhə olmamalıdır.

Sovet vaxtının hərbi xəritələri
– Ermənilər Azərbaycan ərazilərinin onlara verilməsi təklifi ilə BGKİ-yə tez-tez müraciət edirdilər?
– Tez-tez. Onlar həmçinin öz ərazilərindəki bütün türk toponimlərini erməni adları ilə əvəzləmək istəyirdilər. Yeri gəlmişkən, ermənilər heç vaxt onlara məxsus olmamış torpaqlarda saysız-hesabsız “tiqranokertlər” uydurmaqda mahir ustadırlar. Sovet dövründə erməni məmurlar tez-tez BGKİ-yə yaşayış məntəqələrinin, göllərin, çayların adlarını öz sözlərinə dəyişdirmək üçün axmaq təkliflərlə müraciətlər edirdilər… Və mütəmadi olaraq yeni “tarixi xəritələrlə” Moskva idarələrinin kandarını kəsdirirdilər. Həmin xəritələrdə isə bizim torpaqlarımız “Ermənistanın tarixi əraziləri” kimi təqdim olunurdu. Deməliyik ki, BGKİ coğrafi adlarda istənilən dəyişikliklərə neqativ yanaşırdı, çünki dağ, çay, göllərin toponimləri Sovet dövlət-təsərrüfat sənədlərində əksini tapırdı. Düzdür, Yerevan toponimlərin dəyişdirilməsində nələrəsə nail ola bilirdi…
O ki qaldı Azərbaycanla sərhədlərə, tarixi faktları dəyişdirmək ermənilərə xas olan adətdir. Sovet dövründə onlar guya ki, qədim Ermənistanın tamamilə şübhəli və böyük ehtimalla saxtalaşdırılmış xəritəsini haradansa çıxararaq mövcud sərhədlərin dəyişdirilməsi xahişi ilə dövlət orqanlarına müraciət edirdilər. Bunun hazırda nəyə gətirib çıxardığı hamıya bəllidir.
Yeri gəlmişkən, biz erməni və rus mənbələrinin əsasında Ermənistanın hidronimlərinin (su obyektlərinin – çay, göl və s. adları) xəritəsini tərtib etmişik. Beləliklə, 1930-40-cı illərdə hidronimlərin 90 faizi türk mənşəli idi.
– Bəs bolşeviklər Azərbaycan-Ermənistan sərhədini hansı xəritələrlə müəyyənləşdirmişdilər? ADR-in xəritəsində sərhəd Göyçə gölünün ortasından keçirdi…
– Ümumiyyətlə, Cənubi Qafqazın xəritəsi Rusiyanın Persiya üzərində qələbəsindən sonra yaradılıb. Rus çarı 1837-ci ildə Azərbaycana ekspedisiya yollayır və beləliklə, mövcud obyektlərin yerləşmə zonaları, onların Qara dənizdən Xəzərə qədər parametrləri göstərilən sənədlər hazırlanır. Rusiya imperiyasının dağılmasından sonra Azərbaycan Respublikasının sahəsi rəsmən 120 min kv. km. olur. Bildiyiniz kimi, siyasi oyunların nəticəsində ərazimiz 86,6 min kv. km.-ə qədər azalır.
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rütbəsi veriləcək - Yeni qanun