Yaxın vaxtlarda Talış və Suqovuşana 500-ə yaxın ailə köçürüləcək

img

16-10-2021 [14:17]


"Talış kəndinin və Suqovuşan qəsəbəsinin yenidən qurulması ilə bağlı layihələr üzərində iş gedir".

Bunu Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

O xatırladıb ki, oktyabrın 3-də Prezident İlham Əliyev Tərtər rayonuna, Talış və Suqovuşan qəsəbələrinə səfər edib: "Dövlət başçımız səfər zamanı Talış və Suqovuşan qəsəbələrində Azərbaycan Bayrağını qaldırdı. Yaxın müddətdə Talış və Suqovuşana 500-ə yaxın azərbaycanlı ailəsinin köçürülməsi planlaşdırılır. Biz buna nail olacağıq"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA