Dünya çempionatı: Azərbaycan millisinin heyəti açıqlanıb - FOTOLAR

Dünya çempionatı: Azərbaycan millisinin heyəti açıqlanıb - FOTOLAR

İDMAN

14.10.2021, 17:07

Oktyabrın 18-də Yaponiyanın Kitakyuşu şəhərində start götürəcək idman gimnastikası üzrə dünya çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

Mia.az bildirir ki, yığma 7 gün davam edəcək yarışda 3 idmançı ilə təmsil olunacaq.

Ölkəni kişilərin mübarizəsində Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı İvan Tixonov, qadınlarda Samirə Qəhrəmanova və Milana Minakovskaya təmsil edəcək.

Tokio-2020-də çıxış etmiş qadın idman gimnast Marina Nekrasovanın isə mundialda iştirakı nəzərdə tutulmayıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR