Baş həkim və həkimlər ifadə verməkdən imtina ediblər - Məhkəmə prosesi
14-10-2021 [16:17]
Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev, müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Məlumata görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərə söz verilib.
Həmin şəxslər heç biri ittiham üzrə özlərini təqsirli bilmədiklərini deyib.
Daha sonra təqsirləndirilən şəxslər hazırkı mərhələdə ifadə verməkdən imtina ediblər. Onlar şahidlər dindirildikdən sonra ifadə verəcəklərini söyləyiblər.
Məhkəmənin növbəti prosesi oktyabrın 21-də davam etdiriləcək.
Qeyd edək ki, istintaq zamanı İmran Ağayevin həmin vəzifədə işləyərkən müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucov ilə qabaqcadan əlbir olaraq hospitalın “VİP korpus”larına yerləşdirilərək daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilməsi müqabilində 6 nəfər şəxsdən ümumilikdə 10 min 500 manat pul vəsaitini almasına, həmçinin yenidən əmək müqaviləsinin bağlanması yolu ilə həmin müəssisədə fəaliyyətlərini davam etdirmələrinə görə hospitalın ayrı-ayrı əməkdaşlarından cəmi 5 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə əsaslı şübhələr müəyyən edilib.
İmran Ağayevin fasiləsiz şəkildə müəssisəyə qəbul olunmalarına dair görüntü yaratmaqla COVID-19 pandemiyasından əziyyət çəkən 140 nəfər xəstənin özünün təsisçisi və direktoru olduğu “Medi Style” MMC-nə məxsus Təcili Tibbi Yardım avtomobilləri vasitəsi ilə Modul Tipli Hospitala aparılması müqabilində həmin şəxslərdən xidmət haqqı qismində ümumilikdə cəmi 51 min 600 manat məbləğdə pul vəsaitini almasına əsaslı şübhələr müəyyən edilib.
Həmçinin, İmran Ağayevin müxtəlif tarixlərdə verdiyi COVID-19 test nəticəsi pozitiv çıxmış Rüfət Vəlizadənin (müəssisənin vəzifəli şəxsi) mütəmadi olaraq sərbəst şəkildə tibb müəssisəsinin inzibati binasını tərk edərək sərbəst şəraitdə hərəkət etməsinə şərait yaratmasına, həmin hərəkətləri ilə epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozaraq xəstəliyin yayılması ilə bağlı ağır nəticələrə səbəb olan real təhlükə yaratmasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan sübutlar əsasında İmran Ağayev və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 139-1.2 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilib/Report.
Bakıda kafedə qadın müğənni ilə ofsian əlbəyaxa olublar
Millimizin heyəti açıqlandı - SİYAHI
İLHAM ƏLİYEVİN BMT-dəki TƏMASLARI... - TƏHLİL
İmişlidə toyda kütləvi zəhərlənmə olub
Azercell “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində qanvermə aksiyası keçirib - FOTOLAR
Roberto Martinesin evində oğurluq hadisəsi baş verib
Türkiyə İranla sərhədin 204 km-ə beton hasar çəkib - 91 km-də isə...
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Trampla İlham Əliyev arasında maraqlı dialoq: "Sizinlə bir yerdə olmaq mənim üçün şərəfdir"
İlham Əliyev və birinci xanım ABŞ-da rəsmi qəbulda - FOTO
Yusif Kazımov yeni vəzifəyə təyin edildi
FİFA penaltilərlə bağlı qaydanı dəyişir
"Rusiya əsl ayıdır" - Putinin sözçüsündən Trampın "kağız pələng" replikasına cavab gəldi
"Milan"ın İtaliya Kubokunda üzü güldü
Azərbaycan və Pakistan XİN başçıları görüşüb - ABŞ-da
Şahin Şıxlinskinin həbsi ilin sonuna qədər uzadılıb
Agentlik sədri onlara vəzifə verdi - FOTO
Rəsmi Tehran ABŞ-la dialoq yolunu qapatdı: "Zədələnmiş nüvə obyektləri yenidən qurulacaq"
Şahin Mustafayev Təbriz və Culfa şəhərlərində olub
İsrail Qəzzanı atəşə tutub - Daha 33 fələstinlini öldürülüb
“Azercell” qanvermə aksiyası keçirdi - FOTOLAR
İlhamə Elşadqızına 3 il cəza kəsilib
"Kəşfiyyatçı Xanı" Ağdamda qəbiristanlıqda minaya düşərək həlak olub - Üç qurumdan birgə açıqlama (YENİLƏNİB)
Sabah hava necə olacaq? - Proqnoz
EBRD Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
CHP-nin İstanbul təşkilatına konfrans keçirmək qadağan olunub
Joze Mourinyo uğursuzluq zolağından çıxa bilmir
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
Əli Əsədov qərar imzalayıb
"Həkimlər bir müddət gözləməyi məsləhət görüblər"
Zərdabda iki nəfər saxlanılıb
Tramp müsəlman ölkə liderlərini topladı, Ərdoğanla yan-yana oturdu: "Qəzzada müharibəni bitirəcəyik" - Türkiyə lideri "Məmnunuq" deyir
Çili prezidenti: "Netanyahu mühakimə olunmalıdır"
Azərbaycan daha bir ölkə ilə vizanı qismən ləğv edib
Müəllimlər Günü pul yığılacaq? - Açıqlama
Müəllimləri daşıyan mikroavtobus aşdı: 20 yaralı var - FOTO
Azərbaycan neftinin qiyməti 71 dolları ötdü
Mehriban Əliyeva İlham Əliyevlə Trampın səmimi dialoqunu əks etdirən video paylaşdı - VİDEO
TRAMP AVROPA ÖLKƏLƏRİNƏ SƏSLƏNDİ: "Rusiya qırıcılarını vurun"
Ali Koça 2 milyon cərimə kəsilib