Qoşulmama Hərəkatının yüksək səviyyəli görüşü: Azərbaycan tərəfindən sənəd yayılıb
14-10-2021 [00:05]
Qoşulmama Hərəkatının (QH) 60 illik yubileyi ilə əlaqədar Serbiyanın paytaxtı Belqradda keçirilən yüksək səviyyəli görüşlə bağlı Hərəkatın sədri qismində Azərbaycan tərəfindən xülasə sənədi yayılıb.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Mia.az-a verilən məlumata görə, sənəddə iştirakçı üzv və müşahidəçi ölkələlərin, təşkilatların, habelə qonaq ölkə və təşkilatların Azərbaycan və Serbiya tərəfindən birgə təşkil olunan görüşün əhəmiyyətini yüksək qiymətləndirdikləri qeyd olunur. Burada 1961-ci il Belqrad Konfransının tarixi əhəmiyyətinə diqqət yetirilərək, Qoşulmama Hərəkatının Bandunq Prinsiplərinə uyğun olaraq bütün dövlətlərin sülh şəraitində birgə yaşayışı və dayanıqlı inkişafın təşviq olunması məqsədi və Hərəkatın əsasını qoyan şəxslərin uzaqgörən müdrikliyi və qətiyyəti nəticəsində dünyanın ikinci böyük siyasi platformasının yaradılması təqdir edilir.
Beynəlxalq sülh və təhlükəsizliyə olan yeni hədə və təhdidlərə rəğmən hazırda Qoşulmama Hərəkatının artmaqda olan effektivliyi, möhkəmlənən birliyi və müasir çağırışlara uyğunlaşdığı məmnunluqla ifadə edilir.
Tədbir iştirakçılarının beynəlxalq vəziyyəti, o cümlədən beynəlxalq hüquqa hörmətsizliklə müşayiət olunan artmaqda olan siyasi gərginlik, ayrıseçkilik, irqçilik və ksenofobiyanın artımının davam etməsi, COVID-19 pandemiyası və onun dünya dövlətlərinin sosial-iqtisadi vəziyyətinə təsiri və s. təhlil edərək qlobal səylərin çoxtərəflilik, beynəlxalq əməkdaşlıq və həmrəylik ruhunda səfərbər edilməsinin əhəmiyyətini vurğuladıqları sənəddə öz əksini tapır.
Burada, həmçinin tədbir iştirakçılarının QH-nin hazırkı sədri qismində Azərbaycan Respublikası Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüslərin, o cümlədən COVID-19 pandemiyası ilə mübarizə sahəsində, eləcə də pandemiya sonrası bərpa ilə əlaqədar təşəbbüslərini yüksək qiymətləndirdikləri vurğulanır.
İştirakçı ölkələrin QH-nin Azərbaycan sədrliyinin, qlobal ehtiyacların qarşılanmasında təsirli töhfəni təmin etmək üçün Hərəkatın beynəlxalq müstəvidəki rolunun və fəaliyyətinin artırılmasına yönəlmiş səylərini dəstəklədikləri sənəddə qeyd olunur: "Onu da bildirmək istərdik ki, yüksək səviyyəli tədbir çərçivəsində baş verən əsas hadisələrdən biri də Azərbaycan sədrliyinin təşəbbüsü ilə bir müddət öncə yaradılmış QH Gənclər Şəbəkəsinin pandemiya sonrası bərpa dövrü ilə əlaqədar Hərəkatın üzv ölkələrinin rəhbərlərinə öz tövsiyələrini təqdim etmələri oldu. Vurğulamaq istərdik ki, Azərbaycan sədrliyinin təşəbbüsü ilə QH-nin Gənclər Şəbəkəsinin yaradılması yüksək səviyyəli tədbirin bir çox iştirakçıları tərəfindən edilən çıxışlarda alqışlanıb".
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb