ƏLİYEV, PUTİN VƏ PAŞİNYAN YENİ SAZİŞ İMZALAYACAQ? - "Qarabağ ermənilərinin inteqarsiyası ilə bağlı..."
13-10-2021 [18:14]
Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə oktyabrın 12-də Moskvada keçirilən görüşünü “kifayət qədər məhsuldar” adlandırıb.
“Görüş kifayət qədər məhsuldar idi. Həm ikitərəfli gündəliyi, həm də regiondakı vəziyyəti müzakirə etdik. Əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün əlaqələri davam etdirəcəyik”, deyə Paşinyan gecə öz Twitter səhifəsində yazıb.
Bundan əvvəl tərəflər görüşdə 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi, regionda sabitliyin möhkəmləndirilməsi və iqtisadi kommunikasiyaların bərpa edilməsi üzrə gələcək addımlar müzakirə olunduğu barədə məlumat yayıb.
Kremldən hələlik görüşün yekunları ilə bağlı şərh verilməyib.
Bu arada, Ermənistanın müdafiə naziri də Paşinyanla birlikdə Moskvada səfərdə idi, o da Rusiyanın müdafiə naziri ilə regionda və Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müzakirə edib.
Bir neçə gün əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan da Moskvaya səfəri zamanı bu mövzuları müzakirə edib.
Qeyd edək ki, Paşinyanın Moskvaya səfərindən əvvəl Ermənistan KİV-ləri Putinin Ermənistan, Azərbaycan və Rusiya liderlərinin üçtərəfli görüşünün keçirilməsi təşəbbüsü irəli sürdüyü barədə məlumat yayıb. Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması haqqında bir çərçivə sazişi imzalana bilər. Bu, MDB-nin qarşıda duran sammiti çərçivəsində baş verə bilər.
Sosal şəbəkələrdə Azərbaycanda Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası proqramının hazırlanması barədə yayılan nəşrlər bu ümidlərin əsaslı olduğunun dolayı təsdiqi olub.
Öz növbəsində, Qarabağ Azərbaycanlıları ictimai birliyinin rəhbəri və Milli Məclisin Xankəndindən olan deputatı Tural Gəncəliyev son bir neçə saatda öz Twitter hesabında Azərbaycanın milliyyətcə erməni olan vətəndaşları nə qədər tez cəmiyyətə inteqrasiya etsə o qədər yaxşı olacağı, bunun üçün dil kursları təşkil edildiyi və sülhün möhkəmləndirilməsi üçün erməni əsilli vətəndaşlarımızla səylərimizi birləşdirməli olduğumuz və Azərbaycan vətəndaşı olduğumuz üçün sevinməli olduğumuz barədə bir neçə tvit paylaşıb/Turan
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb