Qəzet redaktoru satış firmalarına üsyan etdi, qiyməti 10 qəpiyə endirdi

img

14-02-2014 [22:09]


«Ədalət keşiyi»ndə qəzeti mart ayının 1-dən qəzetin qiymətini 40 qəpikdən 10 qəpiyə endirmək məcburiyyətində qaldığını bəyan edib. Həftəlik nəşr olunan qəzetin baş redaktoru Aslan Xanкişiyev mia.az-a açıqlamasında bildirib ki, buna səbəb qəzet satışı ilə məşğul olan firmalardır:

 «Satış firmaları daşınma, satış digər xərclərin hamısını redaksiyanın üzərinə qoyub. Yəni satılan qəzetlə yanaşı, satılmayan hər nüsxəyə görə elə bir faiz dərəcəsi tətbiq etməyə başlayıblar ki, bu, qəzetçiliyin inkişafına deyil, bağlanmasına şərait yaradır. Artıq çıxış yolu tapa bilmirəm. Üstəlik, tirajın 30-40 faizinin xərcləri ayın əvvəlindən redaksiyadan tələb olunur. Bu isə mənə çox böyük problemlər yaratmaqdadır. Yeganə yolum qəzetin satış qiymətini minimum həddə - 10 qəpiyə endirməkdir. Çünki belə olan halda firmaların əvvəlcədən tələb etdiyi vəsaitin məbləği minimum olacaq».

 Baş redaktor bildirib ki, qəzet bazarında yerlərini tutduqdan sonra qiymət artımına yenidən baxmağı da planlaşdırıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:25 06.08.2025

Xorxe Kosta vəfat edib