Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda tədbirə qatılacaq

img

13-03-2023 [14:42]


Martın 14-15-də İstanbulda Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə 26-cı Avrasiya İqtisadi Zirvəsi keçiriləcək.

Energetika Nazirliyindən Mia.az-a bildirilib ki, “İnamsızlığı bitir, əməkdaşlığa başla” devizi altında baş tutacaq tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Tədbir çərçivəsində energetika nazirinin Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar panel sessiyada çıxışı nəzərdə tutulur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA