"Azərbaycan alman şirkətini yaxın vaxtlarda beynəlxalq məhkəməyə verəcək" - Fərid Şəfiyev

img

21-09-2021 [11:48]


“Ermənistanda Zəngəzur Mis-molibden kombinatını Almaniyanın "CRONİMET Holding" şirkəti işlədib. Bu kombinat Oxçuçayda ekoloji fəlakətə yol açıb”.

Bunu “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda brifinqdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

F. Şəfiyev qeyd edib ki, Avropada korporativ məsuliyyətə xüsusi diqqət yetirilir: “Mən özüm də Avropada, Almaniyada işləmişçəm, bunun şahidiyəm. Azərbaycana gələndə fərqli davranış sərgilənir. Azərbaycan həmin alman şirkətini yaxın vaxtlarda beynəlxalq məhkəməyə verəcək, siz bunun şahidi olacaqsınız”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR