Azərbaycan və Türkiyə qırıcıları İstanbul səmasında - FOTOLAR

img

21-09-2021 [11:22]


Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələr İstanbul boğazı üzərində salamlama uçuşları həyata keçiriblər.

Bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Qeyd edək ki, Azərbaycan HHQ-nin bir qrup heyəti və aviasiya vasitələri “Texnofest-2021” festivalına qatılmaq üçün İstanbula yola düşüb. Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 qırıcı təyyarəsi festival müddətində İstanbul üzərində nümunəvi uçuşlar keçirəcək. Tədbir sentyabrın 26-dək davam edəcək.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR